Icma.az
close
up
RU
II Dünya müharibəsindən bəri ilk dəfə: Almaniya Litvada hərbi qüvvə yerləşdirdi

II Dünya müharibəsindən bəri ilk dəfə: Almaniya Litvada hərbi qüvvə yerləşdirdi

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Almaniya NATO-nun şərq cinahını qorumaq məqsədilə Litvanyaya yerləşdirdiyi mexanikləşdirilmiş piyada taborunu bu gün rəsmi olaraq fəaliyyətə başlayır.

Qaynarinfo xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən sonra NATO-nun şərq cinahını gücləndirmək üçün addımlar atan Almaniya II Dünya müharibəsindən bəri ilk dəfə xarici ölkədə daimi hərbi kontingent yerləşdirir. Hazırda 500 nəfərlik kontingentlə fəaliyyətə başlayan taborun 2027-ci ilin sonunadək 5 min hərbçidən ibarət olması planlaşdırılır.

Almaniya kansleri Fridrix Merz və müdafiə naziri Boris Pistorius bu gün Litvanyadakı Alman qüvvələrinə səfər edərək birliyin rəsmi fəaliyyətə başlamasını elan edəcək. İlkin mərhələdə əsgər sayı 400-dən 500-ə, 2026-cı ilin ortasınadək 2 minə, 2027-ci ilin sonunadək isə 5 minə çatdırılacaq.

Taborun təşkilati strukturu və hərbi infrastrukturu hazırlamaq məqsədilə 150 nəfərlik qabaqcıl hərbi birlik 1 aprel 2024-cü ildə Litvanyaya göndərilmişdi. Bu birlik taborun ümumi yerləşdirilməsini planlaşdırmaq və logistik ehtiyacları koordinasiya etməklə məsuliyyət daşıyırdı.

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra müdafiə siyasətini sərtləşdirən Almaniya, 2023-cü ilin iyununda müdafiə naziri Pistoriusun Litvanyaya səfəri ilə bu prosesə start verib. 18 dekabr 2023-cü ildə isə Almaniya və Litvanya müdafiə nazirləri arasında imzalanan yol xəritəsi ilə 5 min Alman əsgərinin Litvanyada daimi yerləşdirilməsi razılaşdırılıb.

Razılaşmaya əsasən, Almaniya Silahlı Qüvvələrinin mexanikləşdirilmiş piyada taboru Vilnüs və Kaunas şəhərləri yaxınlığındakı Rdninkai və Rukla yaşayış məntəqələrində yerləşdiriləcək. Taborun tərkibində 4 min 800 hərbi qulluqçu və 200 mülki işçi olacaq, onların ailələri üçün isə yaşayış evləri və sosial obyektlər inşa ediləcək. Yeni birliyin aylıq xərclərinin 30 milyon avro olması gözlənilir.

Almaniya müdafiə naziri Boris Pistorius məsələ ilə bağlı açıqlamasında bildirib: "Almaniya, Litvanyada daimi bir Silahlı Qüvvələr taburu yerləşdirərək NATO müttəfiqlərinə açıq və güclü bir həmrəylik mesajı verir. Döyüşə hazır bu taborla NATO-nun şərq cinahında liderlik məsuliyyətini üzərimizə götürürük".

O əlavə edib: "Almaniya Federativ Respublikası olaraq, NATO üzvü bir dövlət və Avropanın ən böyük iqtisadiyyatı kimi, şərq cinahının müdafiəsi üçün məsuliyyətimizi və öhdəliyimizi açıq şəkildə qəbul edirik".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri