Almaniya Litvada kamikadze dronlarını ilk dəfə sınaqdan keçirib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Almaniya Silahlı Qüvvələri Litvada keçirilən hərbi təlimlər çərçivəsində ilk dəfə kamikadze dronlarının taktiki sınaqlarına başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Təlimlər Belarusla sərhəd yaxınlığında yerləşən Rudninkay poliqonunda keçirilir.
Alman hərbçiləri "Helsing" və "Stark" şirkətləri tərəfindən istehsal olunan, inert döyüş başlıqları ilə təchiz edilmiş kamikadze dronlarını sınaqdan keçiriblər. Sınaqlar zamanı pilotsuz uçuş aparatları əsas döyüş tanklarının maketlərini uğurla məhv edib.
Bundan əlavə, hərbçilər "Helsing" şirkətinin süni intellekt əsaslı "Clarity" proqram təminatını da sınaqdan keçiriblər. Sistem peyklərdən, dronlardan və digər sensorlardan əldə edilən məlumatları təhlil edərək potensial hədəfləri müəyyənləşdirir.
Almaniya Quru Qoşunlarının komandanı, general-leytenant Kristian Freydinq hər iki texnologiyanı müasir müharibənin aparılması üçün əvəzolunmaz adlandırıb.
Sınaqlar Litvada yerləşdirilmiş Bundesverin 45-ci tank briqadasının bazasında NATO-nun "Freedom Shield" çoxmillətli hərbi təlimləri çərçivəsində keçirilir. Təlimlərdə səkkiz ölkədən təxminən 3 800 hərbçi iştirak edir.
Berlin 2027-ci ilin sonunadək Litvada təxminən 5 min hərbçidən ibarət daimi zirehli briqada yerləşdirməyi və onu 2 minə yaxın texnika ilə təchiz etməyi planlaşdırır. Hazırda ölkədə təxminən 1 800 alman hərbçisi xidmət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Noyabr 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















