Icma.az
close
up
RU
II və III qrupların keçid balları ilə bağlı mühüm PROQNOZ

II və III qrupların keçid balları ilə bağlı mühüm PROQNOZ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini elan edib. Açıqlanan nəticələrə əsasən, hər iki qrup üzrə ən yüksək göstəricilər 688 baldan bir qədər yuxarı olub. Diqqət çəkən məqamlardan biri isə builki imtahanlarda II və III ixtisas qrupları üzrə 700 bal toplayan abituriyentin qeydə alınmamasıdır.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev təəsüflə qeyd edib ki, II və III ixtisas qrupları üzrə 700 bal toplayan yoxdur. Onun sözlərinə görə, formalaşan mənzərənin əsas səbəblərindən biri buraxılış imtahanlarının nəticələridir.

"Çünki 700 bal toplayanlar ilk növbədə buraxılış imtahanında 300 bal toplayanlar arasından çıxmalı idi. Təəssüf ki, builki buraxılış imtahanlarında 300 bal toplayanların sayı az olduğundan, blok imtahanlarında da 700 bal nəticə göstərən abituriyent olmadı. 

Ola bilsin ki, növbəti blok imtahanı cəhdlərində vəziyyət müəyyən qədər dəyişsin. Lakin hazırkı mənzərə onu göstərir ki, son iki illə müqayisədə buraxılış imtahanlarının daha çətin olması maksimal nəticə göstərənlərin sayının ciddi şəkildə azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində 700 bal toplayanların sayına təsir edib".

Ekspertin fikrincə, Dövlət İmtahan Mərkəzi sualların çətin olmadığını, normal səviyyədə tərtib edildiyini bildirsə də, nəticələr fərqli mənzərə ortaya qoyur:

"Hamı gördü ki, buraxılış imtahanında maksimal nəticə göstərənlərin sayı cəmi 11 nəfər oldu. Həmin 11 nəfərdən  (II və III ixtisas qrupları üzrə) heç biri blok imtahanında 400 bal toplamadığı üçün bu ixtisas qruplarında 700 bal nəticə qeydə alınmadı". 

O həmçinin vurğulayıb ki, hazırkı proqnozlar II və III ixtisas qruplarında keçid ballarının enməsi ehtimalının olduğunu deməyə əsas verir:

"Təbii ki, yüksək nəticə göstərənlər də var, aşağı nəticə göstərənlər də. Amma ümumi mənzərədə aşağı nəticələrin çəkisi daha çox görünür. Dövlət İmtahan Mərkəzinin açıqlayacağı statistika da bunu daha aydın göstərəcək.

Reallıq ondan ibarətdir ki, maksimal nəticələrə baxdıqda, göstəricilər 700 baldan daha çox 680-690 bal intervalında cəmləşib. Bu isə ballarda müəyyən enişin olduğunu göstərir. Həmin eniş də istər-istəməz ixtisasların keçid ballarına təsir edəcək. Xüsusilə III ixtisas qrupunda keçid ballarına daha ciddi təsirin olacağını düşünürəm. II ixtisas qrupunda da oxşar vəziyyət müşahidə oluna bilər".

R.Nurəliyev onu da əlavə edib ki, hazırda qəti fikir söyləmək çətindir:

"Qarşıda daha iki blok imtahanı cəhdi var. Əgər həmin imtahanlarda nəticələr daha yüksək olarsa, müəyyən tənzimlənmə baş verə bilər. Lakin suallar eyni ağırlıq səviyyəsində olarsa, bu, keçid ballarında eniş tendensiyasının davam edəcəyindən xəbər verəcək.

I və IV ixtisas qruplarının nəticələri açıqlandıqdan sonra daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq. Ancaq indiki vəziyyət heç də ürəkaçan görünmür. Bu mənzərənin formalaşmasının əsas səbəbi isə buraxılış imtahanlarında sualların əvvəlki illərlə müqayisədə daha çətin olmasıdır", - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 İyun 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri