Icma.az
close
up
RU
III dünya müharibəsi riski nə qədərdir? Açıqlama

III dünya müharibəsi riski nə qədərdir? Açıqlama

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr və artan geosiyasi gərginlik III Dünya müharibəsi ehtimalı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Böyük dövlətlər arasında fikir ayrılıqlarının dərinləşməsi, regional qarşıdurmaların genişlənməsi və hərbi risklərin artması beynəlxalq təhlükəsizliklə bağlı sualları aktuallaşdırır.
Bəs mövcud qlobal qarşıdurmalar hansı mərhələdə böyük dövlətlər arasında birbaşa hərbi toqquşma riskini real təhlükəyə çevirə bilər? III Dünya müharibəsinin qarşısını almaq üçün əsas tərəflər hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, dünya arenasında hazırda ciddi və mürəkkəb proseslər yaşanır.
Onun sözlərinə görə, bu proseslər əsasən maraqların toqquşması zəminində formalaşır:
“Burada müharibə şəraitlərinin və münaqişə ocaqlarının sayı durmadan artır və onlar özləri ilə yeni risklər gətirirlər. Yəni yeni çağırışlar məhz mənfi xarakter daşıyır və onların dağıdıcı təsirləri gündən-günə böyüyür. Faktiki olaraq, son illər ərzində, xüsusilə də Sovet İttifaqı dağıldıqdan sonra münaqişəli vəziyyətlərin sayı artır. Bu fonda ədalətli həllini tapan münaqişələrdən biri Azərbaycan-Ermənistan münaqişəsi oldu. Erməni tərəfinin bizim ərazilərimizə əsassız iddiaları var idi və biz bu problemin də həllinə nail olduq.
Amma bundan savayı biz heç bir yüngülləşmə görmürük. Yəni faktiki olaraq, Ermənistan məğlub olduqdan sonra onun bəzi tərəfdarları təxribat xarakterli addımlar atır, bizim bölgədəki proseslərə müdaxilələrini davam etdirirlər. Amma onlar heç nə əldə edə bilməyəcəklər. Çünki Azərbaycan artıq Cənubi Qafqazda söz sahibi kimi həm öz gücünü nümayiş etdirir, həm də regionun təhlükəsizliyinin qorunmasında fəal rol oynayır.
Ermənistanın siyasi rəhbərliyi bir qədər daha praqmatizmə meyil göstərir. Azərbaycanın onlara verdiyi üstünlüklər və indiki qlobal iqtisadi böhran şəraitində təqdim etdiyi imkanlar artıq demək olar ki, Ermənistan üçün müəyyən rahatlıq yaradır.
Çünki biz görürük ki, başlanmış münaqişəli vəziyyətlər və ixtilaflar həll olunmur. Əksinə, iştirakçı tərəflərdən heç biri geri addım atmır. Daha da irəli gedərək, hücum mövqeyindən çıxış edir və heç bir güzəştə getməyə hazır olmadıqlarını bildirirlər.
Bu, pis haldır. Çünki müharibələr baş verəndə gec-tez güzəştlər ətrafında danışıqlar başlayır. Çünki müharibələri sonsuza qədər davam etdirmək mümkün deyil. Onlar insanları yorur, yaradılmış maddi dəyərləri və infrastrukturu məhv edir. Ona görə də gec-tez danışıqlarla proseslər başa çatır və masa arxasında tərəflər ortaq mövqe formalaşdırmağa və bununla bağlı razılıq əldə etməyə çalışırlar.
Təbii ki, burada ən təhlükəli vəziyyət, əlbəttə ki, Ukrayna və İran ətrafındadır. Çünki biz görürük ki, burada iştirakçılar sərtlik nümayiş etdirirlər. Digər tərəfdən, Üçüncü Dünya müharibəsi riskinin şərtləri də burada kifayət qədər özünü göstərir.
Baxın, Rusiya-Ukrayna qarşıdurmasının ətrafında 50-dən çox ölkənin marağı var. Hətta deyirlər ki, bu rəqəm 52–53 ölkədir. Bu nə deməkdir? Bu o deməkdir ki, xeyli sayda dövlət artıq bu prosesə cəlb olunub və onların öz maraqları, gözləntiləri və digər məqsədləri var.
İran ətrafında da biz görürük ki, xeyli sayda ölkə prosesə müxtəlif formada cəlb olunub: Körfəz ölkələri, Qərbin lideri olan Amerika, İranın özü, İranın müttəfiqləri, Çin, Rusiya, Şimali Koreya və digər dövlətlər.
Biz görürük ki, burada vəziyyət məhz nədən ibarətdir? Ondan ibarətdir ki, dünyada gizli və açıq şəkildə özünü göstərməyən qarşıdurmalar var. Çünki gələcəyin strukturuna və mənzərəsinə təsir edəcək iki əsas amil olacaq: biri süni intellekt, digəri isə enerji istehsalıdır.
Yəni bu artıq bəllidir. Enerji istehsalı və süni intellektin inkişafı, onun sürətinin artması və s. beynəlxalq aləmdə rəqabəti də şərtləndirəcək. Ona görə də bu proseslərin hamısında vacib olan odur ki, dövlətlər, xüsusilə də nüvə silahına malik dövlətlər, qırmızı xətləri keçməsinlər.
Burada Amerikanın da riskləri var, Rusiyanın da, digər ölkələrin də. Çünki indi də biz o dağıdıcı potensialı görürük. Əsas məsələ odur ki, heç olmasa son diplomatik körpülər də yandırılmasın. Danışıqlar üçün qalan kanallar və xətlər öz mövcudluğunu qoruyub saxlasın və bu kanallar vasitəsilə diplomatik fəaliyyət davam etsin.
Düşünürəm ki, indi hər halda BMT-nin nüfuzu ciddi şəkildə zəifləyib. Hətta biz BMT-nin Baş katibi Antonio Quterreşin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdəki zirvə görüşündə iştirakının da şahidi olduq. Onun görüşdə iştirakı olduqca məyus və sönük təsir bağışlayırdı”.
Politoloq əlavə edib ki, Azərbaycan Prezidenti də fürsətdən istifadə edərək ona öz narazılığını ifadə edib ki, BMT-nin Azərbaycan-Ermənistan münaqişəsinin həllində heç bir xidmət göstərməyib:
“Onun mandatı ilə fəaliyyət göstərən bütün institutlar da ikili standartlarla çıxış etdilər və s. Yəni bu bəllidir.
Amma hər halda, indi hələ ki, yeni beynəlxalq nizam formalaşmayıb, yeni bir təşkilat yaradılmayıb. Ya BMT yenidən özünü strukturlaşdıracaq, ya da islahatlar aparılacaq, lakin hələlik bu barədə konkret nəticə yoxdur. Deməli, köhnə qaydaların hamısı qüvvədə qalır. Köhnə qayda-qanunlar və sənədlər öz qüvvəsini qoruyur.
Ona görə də hesab edirəm ki, bu proseslərin hamısında, inşallah, aparıcı qüvvələr çalışacaqlar ki, öz bacarıqlarını, xüsusilə də diplomatik məharətlərini nümayiş etdirsinlər və kritik xətlərdən və nöqtələrdən uzaq dursunlar. Bu, çox vacib məsələdir.
Böyük Britaniyanın diplomatiyası da çalışacaq ki, həm Yaxın Şərqdə təsir imkanlarından istifadə etsin, digər tərəfdən Avropada təsir imkanlarını qoruyub saxlasın və dünya siyasətində, o cümlədən Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə də öz diplomatik bacarıqlarını nümayiş etdirsin.
Bəzi prosesləri elə bir tərzdə tənzimləsinlər ki, artıq vəziyyət olduğundan daha pisə doğru yox, heç olmasa yumşalmaya və yaxşılığa doğru hərəkət etsin”, – deyə politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Sentyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri