Icma.az
close
up
RU
III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirilib

III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirilib

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının təşkili və keçirilməsi məqsədilə ölkənin müxtəlif şəhərlərində hazırlıq işləri davam etdirilir. Oyunların keçiriləcəyi əsas məkanlardan biri olan Mingəçevir şəhərində infrastruktur layihələrinin icrası və xidmət sahələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi diqqət mərkəzindədir.
Newscenter.az Agentliyə istinadən bildirir ki, 28 sentyabr - 8 oktyabr 2025-ci il tarixlərində baş tutacaq oyunlarla bağlı görülən tədbirlər çərçivəsində Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinə yerində baxış keçirilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində yaradılan komissiyanın üzvləri və sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən baxış zamanı Mingəçevir şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin istismar vəziyyəti, nasos stansiyaları, su anbarları və digər mühüm infrastruktur obyektlərinin mövcud durumu təhlil olunub.
Komissiya üzvləri əvvəlcə Mingəçevir Sukanal İdarəsində texnika və avadanlıqların vəziyyəti ilə yaxından tanış olublar. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətin İdarə Heyətinin sədr müavini, komissiyanın sədri Cavid İsmayılzadə Mingəçevir şəhərinin əhalisi ilə yanaşı, MDB Oyunları çərçivəsində şəhərə gələcək idmançılar, qonaqlar və texniki heyətin su təminatının fasiləsiz və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün görüləcək işlər barədə tapşırıqlarını verib, yarışlar zamanı daha çevik və məsuliyyətli davranmağı tövsiyə edib. Oyunların keçiriləcəyi günlərdə işçilərin hansı qrafiklə çalışacağı dəqiqləşdirilib, sukanal idarəsinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyi qeyd olunub.
Sonra komissiya üzvləri Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksinin vəziyyəti ilə tanış olublar. Yarışlar zamanı sutəmizləyici qurğuların, ehtiyat generatorların, nasos və avadanlıqların saz vəziyyətdə olması və hər hansı bir problemin yaranmaması üçün qabaqlayıcı təbirlərin görülməsi istiqamətində tapşırıqlar verilib.
Komissiya üzvləri “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin su təchizatı sisteminə baxış keçirən zaman mərkəzin daxili su şəbəkəsi, anbar tutumları, nasos sistemləri və sanitar texniki qurğular da yoxlanılıb. Bundan əlavə, yarış və təlim məkanlarının yerləşdiyi ərazilərdə tullantı sularının idarəolunması sistemi də araşdırılıb.
Yarışların keçiriləcəyi və iştirakçılar üçün mühüm əhəmiyyət kəsb edən bəzi küçə və prospektlərdə kanalizasiya quyuları, yağış barmaqlıqları, həmçinin yağış sularının axıdılması sistemləri də yoxlanılıb.
Komissiya üzvləri Mingəçevir şəhərində yerləşən Kanalizasiya Nasos Stansiyasında da olublar. Stansiyanın texniki hazırlıq səviyyəsi, nasosların iş rejimi, enerji təminatı və qəza halları zamanı operativ müdaxilə imkanları ətraflı təhlil olunub. Stansiyanın fasiləsiz işləməsi üçün mövcud imkanlar nəzərdən keçirilib və əlavə tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see596

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see136

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see128

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see128

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see127

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see126

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see126

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see125

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see124

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see121

“Üzüklərin hökmdarı“ filminin çəkildiyi milli parkda güclü yanğın

09 Noyabr 2025 23:49see119

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see119

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see119

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see119

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri