Icma.az
close
up
RU
III MDB Oyunlarına hazırlıq

III MDB Oyunlarına hazırlıq

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə Azərbaycan Respublikasında keçiriləcək III MDB Oyunlarına fəal hazırlıq işləri aparılır. Fevralın 24-də müvafiq işçi qrupunun onlayn formatda növbəti iclası olub.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

İclas iştirakçılarının diqqətinə Oyunlara hazırlığın gedişi ilə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinin məlumatı və Bədən Tərbiyəsi və İdman Şurasının təsdiqinə təqdim edilməsi tövsiyə olunan III MDB Oyunlarının Əsasnamə layihəsinə dair təkliflər çatdırılıb. Qərara alınıb ki, fevralın 28-dək Azərbaycan tərəfinin təklif etdiyi məsul şəxslərlə Oyunların idman növləri üzrə yarışların detallarının (o cümlədən yaş kateqoriyaları) işlənib hazırlanması təklif edilsin.

MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində dövlət orqanlarından Oyunlarda iştirakçıların akkreditasiyası üçün rəqəmsal platformada öz ölkələrinin idman nümayəndə heyətlərinin müraciəti prosesinə cavabdeh olan şəxsləri müəyyən etmək, müvafiq qaydada martın 7-dək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə bu barədə məlumat vermək xahiş olunub.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə, həmçinin Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. İdmanın 23 növü üzrə yarışların keçirilməsi təklif olunur.

Oyunlarda iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.

L.QURBANOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri