Icma.az
close
up
RU
İinformasiya silahı ya bizim gücümüzə güc qatar, ya da əleyhimizə çevrilər

İinformasiya silahı ya bizim gücümüzə güc qatar, ya da əleyhimizə çevrilər

Icma.az bildirir, 525.az portalına istinadən.

"Son günlərdə yayılan məlumatlar və açıqlamalar göstərir ki, informasiya təhlükəsizliyi mövzusu təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşımızın diqqət mərkəzində olmalıdır. Bu gün informasiya sadəcə məlumat ötürmə vasitəsi deyil, ən güclü strateji silah kimi istifadə olunur. Məlumatın kim tərəfindən, hansı məqsədlə və necə paylaşılması milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır. Unutmayaq ki, yalan və ya təhrif edilmiş məlumat təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin zərərinə işləyə bilər. Bu gün informasiya müharibəsi adi silahlı qarşıdurmalardan daha gizli, lakin daha təhlükəli ola bilir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda məsuliyyətsiz paylaşımlar, yoxlanılmamış xəbərlərə inanmaq və onları yaymaq düşmən qüvvələr tərəfindən asanlıqla manipulyasiya edilə bilər. Bunu biz ən açıq Qarabağ Müharibəsi zamanı da gördük". 

525.az xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov səsləndirib. O qeyd edib ki,  hərbi əməliyyatlarla yanaşı, informasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlər və yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etməyə, ordumuzun iradəsini zəiflətməyə və xalqımız arasında çaşqınlıq yaratmağa yönəlmişdi. Lakin xalqımızın müdrikliyi, dövlətimizin koordinasiyalı fəaliyyəti və doğru informasiya axınının təmin olunması bu cəhdləri boşa çıxardı:

"Bu gün də vəziyyət fərqli deyil. Regionda baş verən proseslər, qlobal güclərin maraqları, ölkəmizə qarşı aparılan təxribatçı kampaniyalar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Dövlətin gücü təkcə ordusu ilə deyil, həm də informasiya məkanını qorumaq bacarığı ilə ölçülür. Bu səbəbdən hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik: -paylaşdığımız hər xəbərin mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı məlumatlara güvənməliyik, təxribat xarakterli yazılara, saxta hesablardan yayılan məlumatlara alət olmamalıyıq.
Özümüzlə yanaşı, ətrafımızdakı insanları da düzgün informasiya istifadəsinə təşviq etməliyik. Unutmayaq: informasiya silahı ya bizim gücümüzə güc qatar, ya da əleyhimizə çevrilər. Seçim bizim əlimizdədir. Gəlin, birlikdə diqqətli olaq, dövlətimizin maraqlarını, xalqımızın təhlükəsizliyini qoruyaq".

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri