Icma.az
close
up
RU
İİTKM: Ötən il öncədən müəyyənləşdirilən iqtisadi hədəflərinə nail olunub

İİTKM: Ötən il öncədən müəyyənləşdirilən iqtisadi hədəflərinə nail olunub

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ildə Azərbaycan öncədən müəyyənləşdirilən iqtisadi hədəflərinə nail olub.

"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bunu qurumun icraçı direktorunun müavini Ramil Hüseyn Prezident İlham Əliyevi yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi makroiqtisadi göstəriciləri şərh edərkən bildirib.

Xatırladaq ki, dövlət başçısı ötən ili iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirib.

"İlk olaraq, ötən ilin iqtisadi göstəriciləri “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası baxımından da mühüm əhəmiyyət daşıyıb. Bildiyiniz kimi, Strategiyada Azərbaycan iqtisadiyyatının hər il orta hesabla 3-4 %, o cümlədən qeyri-neft ümumi daxili məhsulunun (ÜDM) illik orta hesabla 5 % artması hədəflənir. Məhz 2024-cü ildə bu hədəflərə nail olunub və uğurlu nəticələr əldə edilib. Yola saldığımız ildə ÜDM 4 %-dən, qeyri-neft ÜDM-i isə 6 %-dən çox artıb. Həmçinin qeyri-neft sənaye sektorunda 7 %-lik artıma nail olunub. Bu tendensiyanın 2025-ci ildə davam etdirilməsi Azərbaycanın 2026-cı ilə olan hədəflərinin reallaşdırması baxımından önəmlidir”, - deyə R.Hüseyn qeyd edib.

O, vurğulayıb ki, Prezident çıxışında neft sektorunda hasilatın sabitlənməsi ilə bağlı da ciddi bir məqama toxunub: “Dövlət başçısı xüsusi ilə qeyd etdi ki, göstərilən səylər nəticəsində neft hasilatında azalmanın qarşı alınacaq və neft hasilatı sabit qalacaq. Neft hasilatının sabit saxlanlımasına nail olmaq Azərbaycan iqtisdaiyyatı üçün əhəmiyyətə malikdir. Yəni qarşıdakı illərdə ÜDM-də artım dinamikasının davamlılığı baxımdan bu, mühüm məqamdır”.

Ramil Hüseyn onu da deyib ki, dövlət başçısının çıxışında Azərbaycanın iqtisadi sahədəki 2026-cı ilə olan hədəflərinin bir neçəsinə artıq 2024-cü ildə nail olduğu aydınlaşıb: “2026-cı ilin sonuna xarici dövlət borcunun ÜDM-də payının isə 10 % ətrafında saxlanılması hədəflənir. Cənab Prezident qeyd edib ki, xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,2 %-ni təşkil edir. Eyni zamanda 2024-cü il ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard ABŞ dollarından çox artaraq 72 milyard ABŞ dollarına çatıb. Bunun özü də ölkəmizin iqtisadi cəhətdə 2024-cü ildə daha da güclənməsindən xəbər verir. Xüsusən də 2025-ci ildə icmal büdcəmizin 48 milyard manat təşkil etməsi də iqtisadi imkanlarımızın artmasının göstəricidir”.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://report.az
archiveBu xəbər 08 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri