Icma.az
close
up
RU
Öncədən planlaşdırılmış cinayət

Öncədən planlaşdırılmış cinayət

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Nihad Pənahov,

YAP Tovuz rayon təşkilatının sədri

Müasir tariximizin ən faciəli günlərdən olan 1990-cı il 20 Yanvar hadisəsindən 35 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir, bu qanlı tarix barədə həqiqətlərin, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının bütün dünyaya çatdırılmasına səy göstərir. Arxada qalan hər il faciənin baş vermə səbəblərinin daha da dərindən öyrənilməsinə və beynəlxalq ictimaiyyətə çatdırılmasına çağırışlar edir. Bu fakt inkaredilməzdir ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdir. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Statistik rəqəmlərə müraciət etsək, ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

20 Yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi.  Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər. 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 1991-ci il 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi.

Lakin ilk illərdə ölkəyə səriştəsiz, şəxsi ambisiyalarının quluna çevrilən ünsürlərin rəhbərlik etməsi Azərbaycanı böyük təhlükələrlə, faciələrlə üz-üzə qoydu. Belə çətin məqamda yenə də xalqının yanında Ulu Öndər Heydər Əliyev oldu. Belə ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi tarixi nailiyətimiz kimi dəyərləndirərək onun möhkəmləndirilməsini, qorunmasını hər bir Azərbaycan vətəndaşının borcu olduğunu bildirdi. Belə bir çağırışı səsləndirmişdir ki, Azərbaycanın müstəqilliyini və suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birlik tələb olunur. Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm  təməl üzərində inamla addımlayan Azərbaycan son 21  ildə Ümummilli Lider  Heydər Əliyevin siyasi kursunun laqiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atdı. Son dörd  ildə  bütün uğurlarımızın zirvəsində dayanan  tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün bərpasının  sevincini və yaratdığı yeni reallıqları yaşayırıq. Bu gün Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin ruhu şaddır. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız azad Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. 2023-cü ilin sentyabrında  rəşadərli Ordumuzun  həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu, ölkəmizin həyatında yeni dövr başladı.  Müstəqilliyimiz, suverenliyimiz əbədidir, sarsılmazdır. Müasir müstəqil Azərbaycan Günəş kimi dünyaya doğmaqla yanaşı, tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə ədalətin və beynəlxalq hüququn mövcudluğunu təsdiqlədi. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see536

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see424

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see330

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see319

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see287

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see276

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see244

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see234

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see201

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see198

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see191

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see190

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see188

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see187

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see185

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see177

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see176

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see170

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see168

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri