Icma.az
close
up
RU
İKGF prezidenti: İslam maliyyəsi təkcə yeni mənbələr yaratmaq üçün deyil

İKGF prezidenti: İslam maliyyəsi təkcə yeni mənbələr yaratmaq üçün deyil

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İslam maliyyəsi təkcə yeni maliyyə mənbələri yaratmaq üçün deyil, həm də davamlı həyat tərzinin və islam dəyərlərinin əsas prinsiplərinin təcəssümüdür".

Oxu.Az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) prezidenti Taha Ayhan (Türkiyə) 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda "İnkişaf etməkdə olan bazarlarda islam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: Müxtəlif regionlardan təcrübələr və öyrənilmiş dərslər" mövzusunda aparılan panel müzakirəsində deyib.

O bildirib ki, bu məqsədlə gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq üçün bir sıra təşəbbüslər həyata keçirilib: "İlk növbədə ABŞ ofisi və bir neçə beynəlxalq agentliklə birgə İstanbulda İnnovasiya və İnkubasiya Mərkəzi yaratmışıq. Bu mərkəzdə hazırda 40-dan çox startap fəaliyyət göstərir. Onlar 7 mindən çox müraciətçi arasından seçiliblər. Bu startapların ən aktiv istiqamətlərindən biri "FinTech", yəni maliyyə texnologiyaları sahəsidir.

Bundan başqa, biz "Al-Baraka" Fondu ilə birlikdə Qlobal İslam Maliyyəsi Sammitini təşkil edirik. Bu ilin ikinci sammiti İstanbulda, növbəti isə noyabr ayında Londonda keçiriləcək".

Taha Ayhan müxtəlif regionlara baxdıqda, İslam maliyyəsinin inkişafında müəyyən fərqli nümunələr gördüyünü vurğulayıb: "Cənub-Şərqi Asiyada, xüsusilə Malayziya və İndoneziya nümunələri diqqətəlayiqdir. Malayziya İslam maliyyə məhsullarının geniş çeşidini formalaşdırmaq məqsədi güdür, İndoneziya isə insan resursu sahəsində bəzi boşluqlara baxmayaraq, mühüm irəliləyişlər əldə edir. Körfəz ölkələrində, investisiya bazarları ilə "FinTech" xidmətləri arasında uğurlu sinerji formalaşıb. Afrika ölkələrində isə İslam maliyyəsi infrastruktur layihələrinin maliyyələşdirilməsində və kapitala çıxış imkanlarının genişləndirilməsində istifadə olunur.

Bu təcrübələr göstərir ki, irəliləyiş yalnız vizionla deyil, həm də güclü hüquqi baza, etibarlı institutlar və ictimai etimadla mümkündür. Bunlar olmadıqda, İslam maliyyəsinin potensialı tam şəkildə istifadə edilə bilmir".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri