Icma.az
close
up
RU
Ölkəmizdə İslam maliyyəsi

Ölkəmizdə İslam maliyyəsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dünən İslam İnkişaf Bankı Qrupunun (İİB) 51-ci illik toplantısı öz işini davam etdirib. Toplantının ikinci günü çərçivəsində keçirilən “Özəl sektor forumu”nun açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB-in prezidenti doktor Məhəmməd Əl-Casirə bank ailəsinə daxil olan bütün qurumlarla yüksək səviyyəli əməkdaşlığın qurulmasındakı xidmətlərinə görə təşəkkürünü bildirib.

İİB-in builki toplantısına ev sahibliyinin Azərbaycana etibar edilməsinə görə həmkarlarına və digər üzv ölkələrin rəhbərlərinə minnətdarlığını çatdıran nazir forumda rekord sayda iştirakçının qeydiyyatdan keçməsini tədbirə olan yüksək marağın göstəricisi kimi dəyərləndirib. M.Cabbarov forum çərçivəsində ümumi dəyəri 4,7 milyard ABŞ dollarını aşan 32-dən çox sənədin, o cümlədən anlaşma memorandumlarının imzalanacağını diqqətə çatdırıb.

Builki toplantının “Davamlı rifah naminə regional inteqrasiya” mövzusunun müasir dövrün çağırışları baxımından xüsusi aktuallıq daşıdığını vurğulayan nazir qeyd edib ki, davamlı rifahın təmin olunması üçün nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət və investisiya əməkdaşlığının dərinləşdirilməsi, eləcə də hökumətlər, inkişaf institutları, özəl sektor və digər tərəfdaşlar arasında sıx əməkdaşlıq vacibdir. Onun sözlərinə görə, ötən il keçirilən forum bu platformanın böyük potensiala malik olduğunu nümayiş etdirib.

Sonda M.Cabbarov forumun hazırlanmasında iştirak edən bütün komandaya təşəkkürünü ifadə edib və onların əməyi nəticəsində tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir bildirib isə ki, “Özəl sektor forumu”, sadəcə, illik tədbir deyil, dialoqun konkret istiqamətlərə çevrildiyi, ideyaların investisiyaya, tərəfdaşlıqların isə vədlərdən real fəaliyyətə keçdiyi canlı platformadır: “İnanırıq ki, inklüziv iqtisadi artım yalnız siyasətlə deyil, sahibkarlıqla, yalnız dövlət səyləri ilə deyil, özəl təşəbbüslərlə, yalnız maliyyələşmə ilə deyil, etimad və tərəfdaşlıqlarla təmin olunur. İİB Qrupuna daxil olan qurumlar maliyyələşdirmə, risklərin azaldılması, sığorta və ticarətin asanlaşdırılması üzrə alətlər təqdim etməklə potensialın real inkişafa çevrilməsinə töhfə verir”.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionlarının həlledici mərhələdə olduğuna diqqət çəkərək hazırda sözügedən regionların iqtisadiyyatlarının tranzit marşrutları, enerji şəbəkələri, rəqəmsal infrastruktur və insanlar arasında artan əlaqələr vasitəsilə bir-biri ilə daha sıx inteqrasiya olunduğunu bildirib.

O, ölkəmizin regional əlaqələri və iqtisadi əməkdaşlığı uzunmüddətli rifahın əsas hərəkətverici qüvvələrindən biri hesab etdiyini vurğulayaraq deyib: “Azərbaycan enerji və nəqliyyat sahəsində strateji mərkəz kimi öz mövqeyini möhkəmləndirib. Bununla yanaşı, biz beynəlxalq ticarət və investisiyalar üçün də mərkəzə çevrilməyi hədəfləyirik. Böyük infrastruktur layihələrinə yatırılan investisiyalar və davamlı iqtisadi islahatlar sayəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca bazarların əlaqələndirilməsində rolumuzu gücləndirmiş, malların və xidmətlərin hərəkətini asanlaşdırmışıq. Məsələn, 2020–2025-ci illər ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsi iki dəfədən çox artaraq 24,5 milyard dollardan 49,4 milyard dollara yüksəlib”.

Dünən, İİB-in illik toplantısı çərçivəsində “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu” da keçirilib. Mərkəzi Bankın sədri Taleh Kazımov forumda çıxış edərək ticarətin və mədəniyyətin kəsişməsində yerləşən ölkəmizin tarixən qlobal mübadilədə sabitləşdirici rol oynadığını bildirib. Qeyd olunub ki, artıq Mərkəzi Bankın nəzarəti altında ölkəmizin 2 bankı İslam maliyyəsi məhsullarını sınaqdan keçirib.

Azərbaycanın İslam maliyyəsini ölkənin maliyyə arxitekturasının ayrılmaz hissəsinə çevirmək əzmində olduğunu vurğulayan bank sədri həyata keçirilən islahatların maliyyə bazarlarını şaxələndirəcəyinə və xarici investisiyaların cəlb olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib. Mərkəzi Bankın sədri bildirib ki, regionlar arasında ortaq maliyyə dili rolunu oynayan İslam maliyyəsi sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını təşviq edir.

İslam İnkişaf Bankı İnstitutunun baş direktor vəzifəsini icra edən Sami Əl-Süvaylim isə hazırda dünya islam maliyyə sənayesinin həcminin, təxminən, 4 trilyon ABŞ dolları olaraq qiymətləndirildiyini diqqətə çatdıraraq deyib ki, rəhbərlik etdiyi qurumun vəsaitlərinin hazırda dünya islam maliyyə sənayesinin cəmi 0,1 faizini təşkil etməsinə baxmayaraq, bu təsisat yarandığı 50 ildən artıq müddət ərzində sahənin lideri olub və olmaqda davam edir.

Sami Əl-Süvaylim təşkilatın liderliyini müəyyən edən əsas amillərin onun baxışı, dəyərləri və prinsipləri olduğunu bildirib. O, həmçinin qrupun məqsədlərinə çatması üçün innovasiyaların əhəmiyyətini qeyd edib: “Buna görə də innovasiya bizim missiyamızın uğuru üçün həlledici əhəmiyyət daşıyır. İslam İnkişaf Bankı İnstitutunda innovasiyaları əsas prioritetlərimizdən biri hesab edirik”.

Asiya İnkişaf Bankı İnstitutunun rektoru və baş direktoru Bambang Brodjonegoro qeyd edib ki, hazırda üzv ölkələrin qarşısında duran əsas problemlərdən biri orta gəlir məsələsidir. Həmin ölkələrin isə, təxminən, 60 faizinin bu risklə qarşı-qarşıya olduğunu vurğulayan natiq bu problemin davam etməsini, sadəcə, statistik və ya riyazi məsələ deyil, regionda inkişafın əsas məsələsi kimi səciyyələndirib.

Baş direktor əlavə edib ki, orta gəlir məsələsini ayrı-ayrı problemlərin toplusu kimi qiymətləndirmək olmaz: “Bu, texnoloji gerilik, insan potensialından kifayət qədər istifadə olunmaması, zəif institutlar və borc maliyyələşməsindən həddindən artıq asılılıq kimi bir-biri ilə əlaqəli struktur maneələrin qarşılıqlı təsirinin nəticəsidir. Buna görə də problemin diaqnozu inteqrasiyalı olmalı, həll yolu da inteqrasiyalı yanaşmaya əsaslanmalıdır”.

Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının baş icraçı direktoru Adeeb Alaama ölkəmizdə İslam maliyyəsinin inkişaf etdiyini bildirib. O, hazırda Azərbaycanda İslam maliyyəsinin perspektivlərinə dair hesabatın təqdimatını əhəmiyyətli dönüş nöqtəsini ifadə etdiyini vurğulayaraq deyib ki, bu, ölkənin İslam maliyyəsi məkanındakı strateji roluna potensial töhfəsini nümayiş etdirir.

Forumda BMT-nin Təlim və Tədqiqat İnstitutunun rifah bölməsinin direktoru Mihoko Kumamoto, Malayziyanın İslami Maliyyə üzrə Beynəlxalq Təhsil Mərkəzinin prezidenti və icraçı direktoru Mohd Azmi Omar, bu ölkənin Mərkəzi Bankının sədr müavini Adnan Zaylani, Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları da çıxış ediblər.

İslam İnkişaf Bankı Qrupunun 51-ci illik toplantısı ikinci iş günü çərçivəsində “Ər-Riyad qlobal quraqlığa dayanıqlılıq tərəfdaşlığının icrasına dair tədbirlər”, “Dayanıqlı inkişaf üçün regional enerji əlaqələrinin genişləndirilməsi” və “Regional əlaqəlilik üçün ticarət həllərinin gücləndirilməsi” adlı sessiyalar da keçirilib.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri