İki Afrika ölkəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Antonio Quterreş: “Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasına daxil olması üçün ən ciddi maneələr aradan qaldırılıb”
“Afrika ölkələri tezliklə BMT Təhlükəsizlik Şurasına (TŞ) daimi üzv kimi daxil olacaqlar”. AYNA TASS -a istinadən xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş deyib.
“Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasına daxil olması üçün ən ciddi maneələr aradan qaldırılıb. İki Afrika ölkəsinin Təhlükəsizlik Şurasının daimi üzvü olacağına dair konsensus əldə edilib. Əminəm ki, Afrika ölkələrini BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi görmədən BMT-nin baş katibi kimi mandatıma son qoymayacağam”, - deyə baş katib bildirib.
Quterreş əlavə edib ki, “Qlobal Cənub”un BMT-nin işinə təsiri indi həlledicidir: ““Qlobal Cənub” ölkələri dünya birliyinin əksəriyyətini təmsil edir. Onlar BMT-nin işinə ən həlledici təsir göstərirlər”.
Qeyd edək ki, Quterreş Afrikanın cənubundakı ölkələrə səfər edəcək. Baş katib cümə axşamı Lesotoda mərasimlərdə iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 12 Dekabr 2024 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















