Yaponiya BMT Təhlükəsizlik Şurasının üzvü ola bilməz Çin XİN
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yaponiya II Dünya müharibəsi zamanı törətdiyi cinayətləri adekvat şəkildə etiraf etməyib və BMT Təhlükəsizlik Şurasına üzv olmaq hüququna malik deyil.
Redaktor.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
"Hələ Yaponiya II Dünya müharibəsi zamanı törətdiyi hərbi cinayətləri adekvat şəkildə etiraf etməyib. Belə bir ölkə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına görə məsuliyyət daşıya bilməz və BMT Təhlükəsizlik Şurasının üzvü olmaq hüququna malik deyil", - o, brifinqində deyib.
Ninq əlavə edib ki, Yaponiyanın Baş naziri Sakae Takaiçi Tayvanla bağlı açıqlamaları ilə “Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edib” və “müharibədən sonrakı beynəlxalq nizama” meydan oxuyub.
Bundan əvvəl Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bəyan etmişdi ki, Yaponiya Baş nazirinin sözlərindən sonra BMT Təhlükəsizlik Şurasında daimi yer axtarmaq hüququna malik deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 19 Noyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















