Icma.az
close
up
RU
İki bölgəmizdə təhlükəli xəstəlik sürətlə yayılır: karantin gündəmdə Rəsmi açıqlama

İki bölgəmizdə təhlükəli xəstəlik sürətlə yayılır: karantin gündəmdə Rəsmi açıqlama

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycanın bəzi bölgələrində dabaq xəstəliyinin yayılması ciddi narahatlıq doğurur. Belə ki, Naxçıvanda bunun sürətlə artdığı və gizli saxlanıldığı iddia edilir. Bildirilir ki, artıq minlərlə mal-qara tələf olmaq təhlükəsi ilə üz-üzədir. Oxşar mənzərə Astaranın bir neçə kənd və qəsəbəsində də müşahidə olunur. Xəstəlik əsasən Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran və Ərçivan ərazilərində qeydə alınıb.

Naxçıvan və Astarada nə baş verir? Dabaq xəstəliyi və mümkün təhlükələri nələrdir?

Globalinfo.az-a danışan heyvandarlıq sahəsi üzrə ekspert Mirağa Abdullayev deyib ki, dabaq xəstəliyi yoluxucu və virus mənşəli xəstəlikdir:

“Həm ev, həm də vəhşi təkdırnaqlı və cütdırnaqlı heyvanlar arasında sürətlə yayılır. Xəstəlik əsasən mal-qarada müşahidə olunur, lakin qoyun, keçi və donuzlar da yoluxa bilər. Virus çox davamlıdır, yəni torpaqda, otlaqda və hətta geyim, ayaqqabı və alətlərin üzərində uzun müddət yaşaya bilir. Buna görə də yoluxma riski çox yüksək sayılır”.

Ekspert bildirib ki, dabağın qarşısını almağın ən effektiv yolu mütəmadi vaksinasiya və ciddi baytarlıq nəzarətidir:

“Xəstə heyvanlar dərhal ayrı saxlanmalı, otlaq və su mənbələri dezinfeksiya edilməlidir. Fermerlər xəstə və sağlam heyvanları eyni yerdə saxlamaqdan, həmçinin birgə yemdən istifadə etməkdən çəkinməlidirlər. Əllər, geyim və alətlər dezinfeksiyaedici məhlullarla təmizlənməlidir. Əgər kənddə dabaq aşkarlanıbsa, həmin əraziyə karantin tətbiq edilməli, heyvanların hərəkəti, alqı-satqısı və kəsimi qadağan olunmalıdır. Ümumilikdə vaxtında peyvəndləmə, nəzarət və təmizliyə riayət olunması xəstəliyin qarşısını almağın əsas şərtləridir”.

Globalinfo.az məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, baytarlıq nəzarəti funksiyası Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyindədir.

AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova saytımıza açıqlamasında deyib ki, agentlik ölkədə və dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır:

“Ölkədə heyvanların identifikasiyası və qeydiyyatı həyata keçirilir. Bu sistem heyvan xəstəliklərinin aşkarlanması, onlarla mübarizənin təşkili, habelə heyvan mənşəli məhsulların qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinqlər keçirilir. Fərdi və fermer təsərrüfatlarında saxlanılan iri, o cümlədən xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator sınaqları həyata keçirilir. Heyvan xəstəliklərin qarşısının alınması üçün heyvanların müntəzəm peyvəndlənməsi və sağlamlıq nəzarəti, təsərrüfatlarda biotəhlükəsizlik qaydalarına əməl olunması, qida məhsullarının təhlükəsiz emalı, saxlanması, ictimai maarifləndirmə, yaxud risk kommunikasiyası kimi mübarizə tədbirləri aparılır”.

Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanlasaq da, cavabsız qalıb.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri