Icma.az
close
up
RU
Azərbaycanda xəstəlik sürətlə yayılır: epidemiya elan olunacaq? RƏSMİ

Azərbaycanda xəstəlik sürətlə yayılır: epidemiya elan olunacaq? RƏSMİ

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkədə son günlər, xüsusilə də azyaşlılar arasında sürətlə yayılan və mənşəyi tam açıqlanmayan virus cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xəstələnənlərin sayının artması fonunda məktəblərin bağlanması və distant təhsilə keçidlə bağlı çağırışlar da səslənir.

Azərbaycanda epidemiya elan edilə bilərmi? Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayılan xəstəliyin mənşəyi haqda nə deyirlər?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bunun epidemiya olub-olmamasına aydınlıq gətirmək üçün səhiyyə qurumlarının rəsmi açıqlamaları vacibdir:

“Yalnız bundan sonra müvafiq qərar qəbul edilə bilər. Doğrudur, xəstəlik yayılır, lakin hazırda rəsmi bəyanat olmadığı üçün distant təhsil və ya digər tədbirlərlə bağlı qərarların verilməsi qurumlar üçün də çətindir”.

Fazil Mustafa

Deputat bildirib ki, epidemiya ilə bağlı rəsmi elan olacağı təqdirdə, Elm və Təhsil Nazirliyi də uyğun addımlar ata bilər:

“Hazırda xəstəlik müəyyən risklər yaratsa da, vəziyyətlə bağlı yalnız aidiyyəti qurumların rəsmi açıqlamalarına əsaslanmaq və onları gözləmək məqsədəuyğundur”.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ölkədə xüsusi bir infeksiyanın yayılması ilə bağlı rəsmi məlumat yoxdur:

“Müşahidə olunan hallar əsasən mövsümi infeksion xəstəliklər, xüsusilə qrip infeksiyaları ilə əlaqəlidir. Səlahiyyət hədlərini aşmamaq məqsədilə qeyd etmək lazımdır ki, ölkə ərazisində yayılan infeksiyalarla bağlı rəsmi qiymətləndirməni Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi və epidemioloji mərkəzlər aparır. Adətən bu cür məsələlərlə bağlı açıqlamaları da məhz həmin qurumlar verir. Hansı növ virusun yayıldığını rəsmi şəkildə təsdiq etmək səlahiyyəti də onlara məxsusdur”.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, bu barədə rəsmi məlumat veriləcək.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri