Icma.az
close
up
RU
“İki əmim öldürülüb, dörd nəfər işgəncə altındadır”

“İki əmim öldürülüb, dörd nəfər işgəncə altındadır”

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov da öldürülüb.

Axşam.az xəbər verir ki, bu barədə Modern.az-a öldürülən Səfərov qardaşlarının ailəsindən bildirilib.

Əməliyyat zamanı qətlə yetirilən Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. Hər iki şəxs tanınmış ədəbiyyatşünas, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır.

***

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü – Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada həyatlarını itiriblər.

Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.

***

“Maskalı şəxslərin evimizə hücumu zamanı saxlanılan əmilərimin ikisi qətlə yetirilib, 4 nəfər isə sağdır”.

Bunu Oxu.Az-a açıqlamasında hadisə zamanı saxlanılan Ayaz Səfərovun oğlu Ramil Səfərov deyib.

O bildirib ki, hadisə nəticəsində iki nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 4 nəfər isə işgəncə altındadır:

“İki əmimi öldürüblər, 4 əmim isə polisdə işgəncə altındadır. Əmilərimin birini o qədər döyüblər ki, öldü bilib morqa aparıblar. Bizə dedilər ki, Ziyəddin və Hüseyn əmimlə yanaşı, Kamal əmimi də öldürüblər. İndi xəbər gəldi ki, Kamal əmim hələ ölməyib, xəstəxanadadır. Kamal əmim ürəyindən əməliyyat olunmuşdu, ürəyində stendlər var. Onu nəfəsi kəsilənə qədər döyüblər, elə biliblər öldü. Amma indi bizə məlumat gəldi ki, hələ sağdır.

Hazırda atam Ayaz, əmilərim Məzahir, Kamal, Bakir həbsdədir. Onlar işgəncə altındadırlar”.

R.Səfərov bildirib ki, saxlanılanlar barədə onlara heç bir məlumat vermirlər:

“Dünən səhər saat 7-də aparıblar. Dünən neçə dəfə getmişik polisə, dedilər ki, burada yoxdurlar. Vəkillə getdik, yenə dedilər ki, burada yoxdurlar. Əmim oğlanları sərbəst buraxılandan sonra bildik ki, onları polis idarəsinin 5-ci mərtəbəsində saxlayıb, işgəncə verirlərmiş, amma bizi deyirlər ki, burada yoxdurlar”.

Qeyd edək ki, bundan əvvəl Səfərovlar ailəsində öldürülənlərin sayının 5-ə çatdığı deyilirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://axsam.az
archiveBu xəbər 28 İyun 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri