İki ərəb ölkəsi arasında gərginlik: mühüm saziş ləğv edilir
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə 2013-cü ildə imzalanmış və 30 dekabr 2014-cü il tarixində prezident fərmanı ilə təsdiqlənmiş hava nəqliyyatı müqaviləsinin ləğvi üçün prosedurlara başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Əlcəzair mətbuatı məlumat yayıb.
Bildirilib ki, bu qərar iki ölkə arasında hava səyahəti, turizm və yük daşınması kimi iqtisadi aspektlərə təsir göstərə bilər.
“Ötən ilin oktyabr ayında Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkənin BƏƏ-dən başqa bütün Körfəz dövlətləri ilə münasibətlərinin isti olduğunu söylədikdən sonra münasibətlər daha da pisləşdi. O, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Qətərlə münasibətləri "qardaşlıq" adlandırıb, eyni zamanda adı açıqlanmayan bir ölkəni Əlcəzairin daxili işlərinə müdaxilə etməkdə və ölkədə sabitliyi pozmaqda ittiham edib”, - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 08 Fevral 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















