Icma.az
close
up
RU
Iki eşşəyin arpasını bölə bilməyənlər... Təbriz VƏFALI YAZIR

Iki eşşəyin arpasını bölə bilməyənlər... Təbriz VƏFALI YAZIR

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təbriz VƏFALI

***

Dünyanın əvəzedilməz nemətlərindən və demokratiyanın əsas göstəricilərindən biri də söz və fikir azadlığıdır. Çünki dövlətlərin və xalqların inkişafında, cəmiyyətlərin formalaşmasında sözügedən azadlığın özünəməxsus dəyəri, müstəsna xidmətləri, xüsusi rolu və payı var. 

Azərbaycan söz və fikir azadlığı prinsipinə hörmətlə yanaşan ölkələrdən biridir və hətta bu azadlığın yüksək səviyyədə, həmçinin normativ hüquqi sənədlər və aktlar əsasında təmin edilməsi cəmiyyətimizin və dövlətimizin demokratik inkişafının əsas göstəricilərindən birinə çevrilib. Respublikamızın ali dövlət qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi məhz “Fikir və söz azadlığı” barədədir və orada nəzərdə tutulub ki, hər kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Amma…

Amması budur ki, son illərdə söz və fikir azadlığının gerçək mahiyyətindən xəbəri olmadan sosial şəbəkələrdə fironluq edənlər, meydanda at oynadanlar çoxalıb. Ağızlarına gələnləri deyənlər və yazanlar özlərini hamıdan “ağıllı” hesab etməyə başlayıblar. Və həmin “ağıllılar” az qalıblar dövlətə belə “ağıl” versinlər, “yol göstərsinlər”. Məsələn, son zamanlarda Azərbaycan və Rusiya arasındakı diplomatik qalmaqallardan sonra bəziləri sosial şəbəkələrdə yazırlar ki, respublikamızda rus dilini öyrənməyi və danışmağı qəti qadağan etmək lazımdır. Vaxilə erməni dili barədə də eyni fikirləri deyənlər, yazanlar olmuşdu.

İndi bu “ağıllı”lara deyən gərəkdir ki, dil öyrənməyin hər hansı bir zərəri, ziyanı yoxdur. Dil öyrənməklə digər ölkələrin mədəniyyətlərini, ədəbiyyatlarını, incəsənətlərini, adət-ənənələrini və sair öyrənmək mümkündür və bu yolla öz dünyagörüşünü və intellektual səviyyəni inkişaf etdirə bilərsən. 

İşğaldan azad edilənə kimi yağı tapdağı altında inləyən ata-baba yurdlarımızda, eləcə də Ermənistanda Azərbaycan dilini öyrənən və bizim dildə danışan ermənilərin sayı-hesabı yox idi. Qarabağda Azərbaycanın məşhur və korifey sənətçilərinin oxuduqları mahnıların vallarına az qala bütün ermənilərin evlərində rast gəlinirdi. Ona görə də ermənilər zaman-zaman milli mahnılarımızı, musiqi alətlərini “özününküləşdirməyi” məharətlə bacarırdılar…

Ömürləri boyunca kəndlərdə olmayan və kənd həyatından bixəbər bəzi “ağllılar” sosial şəbəkələrdə kənd təsərrüfatınını və aqroiqtisadiyyatın inkişafı üçün guya “dəyərli məsləhətlər”, “analoqu olmayan tövsiyyələr” verirlər. Məsələn, bəziləri yazırlar ki, iqlim dəyişikliyinə çarə tapılmalıdır və bununla da leysan yağışlar, dolular, quraqlıq və sair məhsulları məhv etməsin. İndi belələrinə demək lazımdır ki, ay Mazandaran eşşəyi, ay Həmədan uzunqulağı, kənd təsərrüfatı sahəsi riskli sahədir, dövlətin rəhbərliyi, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri Allah deyillər. Onlar Günəşə, Aya, ulduzlara və sair hökm edə bilməzlər, axı…

İki eşşəyin arpasını bölə bilməyənlər də var ki, sosial şəbəkələrdə “mən dövlətin yerində olsaydım filan şeylər edərdim, filankəsi asardım, filankəsi kəsərdim” və sair yazırlar…

Unutmayaq ki, Azərbaycanda söz və fikir azadlığının qorunması bizə ağzımıza gələni yazmağa icazə vermir. Üstəlik, sosial şəbəkələrdə yazılan və deyilən bəzi fikirlər ölkəmizi sevməyən, əleyhimizə təbliğat və təşviqat aparmaq üçün fürsət axtaran “qılquyruq” şəbəkələrin çörəklərinə yağ-bal sürtmək deməkdir. Ona görə də ehtiyatı əldən verməyək. 

Əks halda sonrakı peşimançılıq fayda verməyəcək.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 İyul 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri