Icma.az
close
up
RU
İki fundamental şərt... yoxsa müharibə?

İki fundamental şərt... yoxsa müharibə?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Savaş hazırlığı və Ermənistanın regional sülhə təhdid mahiyyəti

Ermənistan apreldə Azərbaycana qarşı müharibəyə başlamaq niyyətindədir. Bu barədə məlumatı “Caliber.az” saytı özünün etibarlı mənbələrinə istinadən yayıb. Məlumatda rəsmi İrəvanın destruktiv mövqeyi əsaslandırılıb. Amma yazımız bilavasitə bununla bağlı deyil. Halbuki, vurğulayacağımız məsələ də Ermənistanın savaş hazırlığı şübhələrini artırmaqdadır.

Ermənistan konstitusiyasında, bir sıra qanunvericilik aktlarında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsi və ATƏT-in Minsk qrupunun saxlanması. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşündə ölkəmiz və Ermənistan arasında sülh sazişi layihəsi üzrə ikitərəfli danışıqlar prosesi çərçivəsində nailiyyətin əldə edildiyini bildirsə də, diqqətə çatdırdığımız məqamları rəsmi İrəvanın mövqeyindəki fundamemental problem olaraq vurğulayıb.

Azərbaycan XİN başçısının fikirləri Ermənistanda geniş müzakirə predmetinə çevrilib. Ölkə iqtidarına yaxın dairələr C.Bayramovun söylədiklərini rəsmi Bakının, guya mənasız təkidi, barış mühitinin yaranmasına əngəl törətmək əzmi, bir qədər də “irəli gedərək” işğalçılıq niyyəti kimi dəyərləndiriblər. Erməni hakimiyyətinə zidd çevrələr isə nazirimizin söylədiklərini Azərbaycan rəhbərliyinin İrəvana demarşı kontekstində qələmə veriblər.

Bəli, C.Bayramovun bildirdikləri Azərbaycanın sülh şərtləri ilə bağlı qətiyyətli mövqe tutduğunun növbəti sübutudur. Buna qarşılıq Ermənistanın manipulyativ davrandığını, sülh gündəmini dəyişmək cəhdlərini görürük. Məsələn, erməni iqtidarının təmsilçiləri “Azərbaycanda saxlanılan erməni məhbuslar” şousu yaradaraq vurğulayırlar ki, humanitar məsələlərin həllini tapmaması sülhə problemdir. Əlbəttə, bu bəhanədir. Görəsən, bir ölkənin, indiki halda, Ermənistanın dövlət sənədlərində ərazi iddiasının təsbit olunması humanitar təsəvvürlərə zidd deyilmi? Tamamilə ziddir! Ermənistan bu təsəvvürü dəyişmək istəyirmi? Xeyr!

Baş nazir Nikol Paşinyan administrasiyası konstitusiya dəyişikliyi ilə bağlı referendum anonsunu verib. Ancaq, bu, anons olaraq da qalıb. Yəni, mövcud istiqamətdə hansısa irəliləyiş yoxdur. ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Ermənistanın Azərbaycanla birgə müvafiq müraciət ünvanlamasına gəlincə, Nikolun bir müddət əvvəl açıqladığı “Real Ermənistan manifesti”nə nəzər salsaq, məsələ ən sonda reallaşdırılmalıdır. Hər halda, Nikol belə hesab edir və deməli...

Qeyd edək ki, Paşinyanın “manifestində” Azərbaycan – Ermənistan münasibətlərindən də bəhs olunmuş, mövzuya dair bəzi məqamlar şərt təsiri bağışlamış və ATƏT-in Minsk qrupunun ləğvinin sona saxlanılması onu deməyə əsas vermişdi ki, rəsmi İrəvan üçün sözügedən təsisatın varlığı ölkəmizə təzyiq vasitəsidir. Təxminən belə: Ermənistanın mənafeyi təmin edilməsə, ərazi iddiası qalacaq.

Ölkəmiz Ermənistanın qanunvericilik sənədlərində dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvini eyni müstəviyə əbəs yerə gətirmir. Axı məhz Minsk qrupu Azərbaycana qarşı ərazi iddiasının mövcudluğundan qaynaqlanır. Qurum otuz ilə yaxın müddətdə erməni işğalına haqq qazandırmağa çalışmış, təcavüzü leqallaşdırmağa xidmət göstərmişdi. İndinin özündə də Ermənistanda Azərbaycanla danışıqları ATƏT-in Minsk qrupu çərçivəsində qaytarmaq çağırışları eşidilməkdədir. Hətta ötən il ölkənin xarici işlər naziri Ararat Mirzoyan qrupun nizamlayıcı roluna eyham vuran tərzdə danışmışdı.

Əlbəttə, rəsmi İrəvan Bakının sülh şərtinin fundamentallığını dərk edir. Yəni, barışın vurğuladığımız iki postulatının vacibliyini anlayır. Ona görə Bakının şərtlərini, guya, yerinə yetirirmiş kimi davranıb da. Söhbət Ermənistan Konstitusiya Məhkəməsinin ötən ilin sentyabrında qəbul etdiyi qərardan gedir. Qərarda ölkənin İstiqlal bəyannaməsinin əsas qanunda yer almayan müddəalarının etibarsız sayıldığı açıqlanırdı. Halbuki bu yanaşma qənaətbəxş deyil.

Əvvəla, bir qərarla konstitusiyanın istinad nöqtəsi sıradan çıxarıla bilməz. İkincisi, ərazi iddiası erməni milli identikliyinin göstəricisidir və ondan imtinanın hansısa normativ aktla tənzimlənməsi yetərsizdir. Burada xalqın iradəsi əsas götürülməlidir. Erməni xalqının iradə meydanı isə referendum olmalıdır. O referendum ki, adı var, özü yox.

Başqa bir yandan, Paşinyanın əsaslandırmasından belə anlaşılır ki, nə zamansa keçirilməsi nəzərdə tutulan referendumda konstitusiyanın ərazi iddiasından uzaqlaşma seqmenti üzərində dayanılmayacaq. Başqa sözlə desək, erməni ana qanunu İstiqlal bəyannaməsinin məkr strukturundan xilas olunmayacaq.

Deməli, Azərbaycan israr göstəməkdə haqlıdır. Ölkəmiz həm də ona görə haqlıdır ki, hazırda Ermənistan rəhbərliyi sülh müqaviləsi ilə bağlı qeyri-konstruktiv mövqe tutur. Belə bir mövqe Bakı ilə İrəvan arasında etimad mühitini zədələyir. Etimad mühiti yoxdursa, ərazi iddiasının intensiv xarakter daşımayacağına inanmaq mümkünsüzdür.

Diqqət yetirək, bu gün Ermənistan rəhbərliyinin təmsilçiləri özlərini elə aparırlar ki, elə bil 44 günlük müharibə olmayıb və ölkələri savaşda acınacaqlı məğlubiyyətlə üzləşməyib. Sanki 2020-ci ildə müxtəlif xarici ölkələrə zənglər edib aman diləyən onlar deyildilər. Rəsmi İrəvan, həmçinin müharibəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistan üçün kapitulyasiya aktı olduğunu da danır. Bütün bunlar mahiyyətcə Ermənistanın reallıqdan uzaq düşməsinin göstəriciləridir. Hələ başqa məqamları, xüsusən, Paşinyan iqtidarının üçtərəfli Bəyanatın şərtlərinin icrasından boyun qaçırmasını bir kənara qoyuruq.

Erməni avantürizminin, belə demək mümkünsə, ən parlaq göstəricisi ərazi iddiasıdır. Sonda isə onu da bildirək ki, ölkəmizin üzərində dayandığımız, C.Bayramovun növbəti dəfə səsləndirdiyi iki fundamental sülh şərti üçtərəfli bəyanatın və 44 günlük müharibənin nəticələrinin Paşinyan administrasiyası tərəfindən dərk edilməməsindən, rəsmi İrəvanın havadarlarına arxalanıb Cənubi Qafqazda yeni geosiyasi şərait formalaşdırmaq məramından da qaynaqlanır. Deməli, əvvəldə diqqətə çatdırdığımız məqama, yəni Ermənistanın apreldə müharibəyə hazırlaşdığına dair məlumata həssas yanaşmaq lazımdır. Axı elementar məntiq var. Bu məntiqə görə, sülhdən boyun qaçıran savaş üçün fürsət gözləyəndir.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri