Icma.az
close
up
RU
Sülh üçün bu iki şərt mütləqdir Nazir

Sülh üçün bu iki şərt mütləqdir Nazir

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sülh üçün Ermənistan konstitusiyasını dəyişməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

O, sülh sazişinin imzalanması üçün iki şərt olduğunu bildirib: Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk Qrupunun ləğvi.

Nazir bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı müddəaların qalması sülh prosesinə əsas maneədir.

“Bu davam etdiyi müddətdə sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan konstitusiyasının dəyişdirilməsi bizim üçün vazkeçilməz şərtdir”, – deyə, nazir vurğulayıb.

Bayramov həmçinin qeyd edib ki, 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılan ATƏT-in Minsk Qrupu artıq funksiyasını itirib.

“Bu gün Qarabağ məsələsi həll olunub. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan da bunu qəbul edir. Minsk Qrupu isə 30 il ərzində heç bir nəticə əldə edə bilmədi. Bu səbəbdən onun fəaliyyətinə son verilməlidir. Top artıq Ermənistan tərəfindədir”, – nazir əlavə edib.
Azərbaycan XİN başçısı Qərbin, xüsusilə də Fransanın 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı ədalətsiz münasibət sərgilədiyini qeyd edib.
“30 il ərzində işğalçıya heç nə deməyənlər Azərbaycan torpaqlarını azad etdikdən sonra bizi cəzalandırmağa çalışdılar. Amma müstəqil siyasətimiz, Türkiyə başda olmaqla dost ölkələrin dəstəyi ilə bu planlar iflasa uğradı”, – Ceyhun Bayramov bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Aprel 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see522

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see483

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see326

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see265

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see263

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see259

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see252

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see220

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see219

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see205

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see204

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see198

Qarabağda minalar belə təmizlənir VİDEO

04 Avqust 2026 17:10see195

Qvardiolanın gözü MLS in gənc ulduzundadır

04 Avqust 2026 19:33see194

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see186

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see185

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see175

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see170

Anar Babayev Naxçıvanın icra başçısı oldu

04 Avqust 2026 12:54see159

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri