Icma.az
close
up
RU
İki gənci şikəst edən, 7 maşını vuran sürücü: "Tank kimi əzib keçdim" VİDEO

İki gənci şikəst edən, 7 maşını vuran sürücü: "Tank kimi əzib keçdim" VİDEO

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ötən il noyabrın 20-də paytaxtın Xətai rayonu, Xudu Məmmədov küçəsində 7 avtomobilin iştirakı ilə baş verən qəzadan xeyli keçsə də, günahkar cəzasız qalıb. Həmin qəzada ağır bədən xəsarətləri alan şəxsin anası S.Əmiraslanova bu fikirdədir.

O, bu barədə Bakupost.az -a şikayətində bildirib.

S.Əmiraslanova qeyd edib ki, qəza zamanı oğlu ağır bədən xəsarətləri alıb və şikəst olub:

"Oğlum həmin qəzada hər iki ayağından ağır xəsarətlər alıb. Normal həyata qayıda bilməsi üçün dəfələrlə əməliyyat olunmalı, uzun müddət həkim nəzarəti altında müalicələr almalıdır.


Onun bu dərəcədə ağır xəsarətlər almasına başqa maşınlarla ötəşən, sürət həddi 60 km/saat olan yolda azı 150-160 km/saatla hərəkət edən Kənan Qubadov səbəb olub. Sürət o dərəcədə yüksək olub ki, K.Qubadovun avtomobili idarəetmədən çıxıb və oğlumun maşınına dəydikdən sonra daha 5 maşına çırpılandan sonra dayanıb".

Şikayətçi qeyd edir ki, az qala oğlunun ölümünə səbəb olan bu şəxs hazırda heç nə olmamış kimi həmin qəza ilə bağlı görüntüləri öz məharəti kimi təqdim edir:

"Törətdiyi qəzanın məsuliyyətini hələ də dərk etməyən K.Qubadov sanki komik hadisə baş veribmiş kimi paylaşımlar edir. Bu insan bir gəncin ömründən ömür oğurladığını hələ də anlamır. Görüntülərdə onun avtomobilini 135 km/saatla idarə etdiyinə, ziqzaqvari manevrlərinə dair kadrlar var. Bu adam həmin paylaşımlarla açıq şəkildə hüquqdan, qanundan, hüquq-mühafizə orqanlarından çəkinmədiyini nümayiş etdirir. K.Qubadov etdiyi hərəkətlərə görə heç bir cəza almasa, tezliklə başqa insanların da bədbəxt olmasına səbəb olacaq".

S.Əmiraslanova daha sonra qeyd edib ki, Bakı şəhərində baş verən hadisə və cinayətləri aşkara çıxartmaq üçün küçələrdə polis tərəfindən yüzlərlə videomüşahidə kameraları quraşdırılıb:

"Oğlumun ağır xəsarətlər aldığı qəzanı görüntüləyən belə kameralar Xudu Məmmədov, Rahib Məmmədov və Ramiz Quliyev küçələrində də mövcuddur. Hüquq-mühafizə orqanlarından həmin kamera görüntülərinin tez bir vaxtda araşdırılmasını, hadisənin səbəbinin aşkara çıxarılmasını və günahkarın cəzalandırılmasını xahiş edirəm".

Qeyd edək ki, S.Əmiraslanova K.Qubadovun qarşı tərəfi qıcıqlandıran vudeolarından bəzilərini redaksiyamıza təqdim edib. Həmin videolardan birində K.Qubadov "ə, demişəm ki, qabağıma çıxmayın, tank kimi əzib keçərəm, bax, çıxdın qabağıma tank kimi əzib keçdim" deyə qışqırır.

Həmin görüntüləri təqdim edirik:

Zaur,BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Aprel 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see363

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see245

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see125

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

13 Dekabr 2025 21:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri