Icma.az
close
up
RU
Paşinyana əsas rəqib: Azadlıqdakı yox, həbsdəki Karapetyan

Paşinyana əsas rəqib: Azadlıqdakı yox, həbsdəki Karapetyan

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyalı iş adamı, Baş nazir Nikol Paşinyanın əsas rəqibi hesab olunan Samvel Karapetyan artıq evdədir. 

Həyətdə tərəfdarları onu alqışlarla qarşılayıblar. 

“Cebheinfo.az” xəbər verir ki, məhkəmə qərarı ilə Samvel Karapetyanın qətimkan tədbiri dəyişdirilib, o, girov müqabilində ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Karapetyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur-hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünün pozulmasına, suverenlikdən imtina etməyə və ya konstitusiya quruluşunu zorla devirməyə çağırışlar etməkdə ittiham olunurdu. 

Qeyd edək ki, 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi Samvel Karapetyanın həbs edilməsi onun hakimiyyətə olan iddiasını əngəlləmək məqsədilə izah edilirdi. Lakin Ermənistan qanunvericiliyi Samvel Karapetyanın həbsdə olmasına baxmayaraq, seçkilərə qatılmasına mane olmur. 

Ona görə də Karapetyanın liderlik etdiyi “Bizim yolumuz” Hərəkatının seçkilərə qatılacağını deyir. Belə olan halda, milyarderin barəsində cinayət işinin saxlanılması əhəmiyyətsiz görünürdü. Samvel Karapetyanın hakimiyyətə gəlişini əngəlləyəcək yeganə amil onun Rusiya vətəndaşı olmasıdır. 

Ermənistan qanunvericiliyinə görə, xarici ölkə vətəndaşı dövlət orqanlarında yüksək vəzifə tuta bilməz. Son rəy sorğuları Samvel Karapetyan amilinin Nikol Paşinyan hakimiyyəti üçün ciddi təhlükə yaratmadığını göstərir. 

Hazırda “Bizim yolumuz” Hərəkatına səs vermək istəyən respondentlərin sayı 7,2 faiz təşkil edir ki, bu da Karapetyanın siyasi reytinqinin düşməsindən xəbər verir. 

Karapetyan həbsdən çıxdıqdan sonra özünün və rəhbərlik etdiyi hərəkatın reytinqinin artması mümkündür. Lakin hazırkı şəraitdə Karapetyanın azadlığa buraxılması müxalifət düşərgəsində siyasi qütbləşməni dərinləşdirə bilər ki, bu da seçki prosesində Nikol Paşinyanın əlini gücləndirəcək amildir. 

Xüsusilə də, sabiq prezident Robert Köçəryanın ayrılıqda seçkilərə getmək qərarı Rusiyadan dəstəklənən revanşist müxalifət düşərgəsini iki qütbə bölüb. Eks-prezident Serj Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyası və “Şərəfim var” bloku da qüvvələrini Karapetyanla birləşdirmək niyyətində deyil. Ona görə də Samvel Karapetyanın seçkilərin siyasi fovoritinə çevrilərək hakimiyyətə gəlmək şansı real görünmür. 

Milyarderin Rusiyanın xahişi ilə azadlığa buraxılması da istisna edilmir. Hətta Samvel Karapetyanın rəhbərlik etdiyi hərəkatın növbəti parlamentdə mandat qazanması ehtimalı çox yüksəkdir. Amma hazırkı reytinq göstəriciləri ilə “Bizim yolumuz” Hərəkatının parlamentdə ana müxalifətə çevrilmək şansı azdır. 

Üstəlik, son vaxtlar Ermənistanda milyonçu və “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qagik Tsarukyanın tərəfdarlarının artması seçkidə Karapetyan üçün ciddi əngəllər yarada bilər. 

Xeyriyyəçi Tsarukyanın xeyriyyəçi Karapetyanın elektoratını öz tərəfinə çəkməsi ehtimalı getdikcə artır. Bu isə Paşinyanın rəqiblərinə hakimiyyətə gəlməkdən daha çox parlamentdə müxalifət mandatı qazanmaqdan başqa heç nə vəd etmir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan rəqib

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri