Icma.az
close
up
RU
“İki kəlmə deyərəm, abırınız olsa, ölərsiniz”

“İki kəlmə deyərəm, abırınız olsa, ölərsiniz”

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İnsan həyatda özünə ailə, övlad və xoş həyat arzulayır. Sən mənim başqa sözlərimi gündəm elə. Mahnılarımı yeni çıxanlar oxuyur. Onlara nəsə deyirəm? Oxusun, amma Mətanət kimi oxumayacaqlar. Sən başqa mövzuya toxun. Arzusunda olunan şeyi niyə gündəm edirsən? Elə bilirsən, mənə xoş gəlir? Mən efirdə, xəlvətə çəkilib arzusunda olduğum şeyi danışanda ağlamışam. Sən görürsən bu mənim həssas yerimdir. Gülüş mənbəyinə çevirməlisən onu? Sonra məni görəndə “həyatım”, “sənətkarım” deyirsən. Elə bilirsən yadımdan çıxır?”.

News24.az xəbər verir ki, bu sözləri Mətanət Əsədova “Pərvizə görə” verilişində deyib.

Müğənni onu parodiya edən həmkarlarını tənqid edib:

“Söhbət müğənnilərdən gedir. Məni bir kənara qoy, Allahdan qorxmursan? Bilmirsən, onu səndən ayrı cür çıxardacaq. Mən Mətanət Əsədova olaraq heç kimə daş, söz atmadım, şəxsi həyatına burnumu soxmadım, heç kimin nəyinsə əlindən almadım, kiminsə dərdini əlimdə bayraq tutub yarasını qopartmadım, onun ürəyini sancmadım, Siz kim olmusunuz? Kimsiniz? Nə boydasınız, hara qədərsiniz? Bir keçmişinizə baxın. Sizə elə gəlir ki, pul sizin ayıbınızı örtüb. Pul sizin ayıbınızı örtməyəcək. İtsəyirsiniz göyə çıxın, istəyirsiniz yerdə qalın. Mətanət sizin “ulğurunuzu-tulğurunuzu” tanıyır ki, siz kimsiniz. Çıxaram efirdə iki kəlmə söz danışaram. Abrınız olsa, orada ölərsiniz. Ağzınızı yumun, sakit oturun. Nə qədər ki, dinmirəm. Heç biriniz qarşımda dayana bilməzsiniz. Mətanət əsəbiləşməsin, vulkan püskürər. Allah düşmənimə də əsəbi sifətimi göstərməsin, hər şeyin öz yeri var. Biz ailəmzidən çox incəsənbət adamları ilə vaxt keçiririk. Gəlin, elə edək ki, can deyib, can eşidək. Əgər bu, içinizdən gəlmirsə, sancmağınızı da, yersiz hərəkətlərinizi də kənara qoyun. Nə yaşınız yaşımdır, nə başınız başımdır. Nə sənətiniz, nə də şəxsiyyətiniz mənə uyğun deyil. Hamı bilir ki, kim kimdir, nə var, nə yox. Demrəm, süddən çıxmış qaşığam. Mən də ailə qurmuşam, haradasa səhvlərim olub. Amma siz özünüzə çəki-düzən verin. Böyük-kiçik yeri bilin. Mən özümdən böyük sənətkarın yanında o əyləşməsə, əyləşmirəm. Demirəm, sən bunu etməlisən. Etmə. Heç olmasa hərəkətinə, danışığına fikir ver. Bir-iki bayram səndən böyüyəm. Sənəti demirəm hələ... Mən açıq oyundan xoşum gəlir, məndən zəhlən gedir? Özümə de. Əgər məndən xoşun gəlir, həzm edə bilmirsənsə... Şəxsiyyət kimi, sənətkar kimi səndən artığam. Heç kimsən qabağımda. Sübut etmişəm, sənətimlə təpənizə o qədər vurmuşam ki.., Dayan da. Nə xəbərdir? Qabaq gözləyirdik ki, 80-90 yaşa qədər yaşayırdılar. İndi 50-dən o yana keçirsənsə, şükür et. Azərbaycan incəsənətindən kimlər getdi. Bunu görmürsünüz? Toyda, bəd gündə bir-birimizin başının üstünü alırıq. Elə edin ki, orada olaq. Axı mən sizə elə deyiləm. Kənardan baxan bizə rişxənd edir. Əgər bu günə qədər başqa sənətin nümayəndəsi sizin adınızı yanımda çəksə, bir dəqiqə orada oturmaram. Siz isə o söhbətlərə qarışmısınız. Onlar masadan durmadan mənə zəng gəlir, telefonda danışdıqlarını eşidirəm. Onlarda o sifət olub ki, bu günə gəliblər. Mən yenə də sizi çox istəyirəm. Yeganə insanam ki, özümdən başqa heç kimə pislik etməmişəm. İncəsənət aləmindən bir xanım dedi ki, görürsən hər yerdə sənin sözünü təkrarlayırlar, başa düşməlisən ki, onların ana xəttisən”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Fevral 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri