Icma.az
close
up
RU
Sülh və demokratiya: iki kəlmə, tək məna

Sülh və demokratiya: iki kəlmə, tək məna

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tez-tez eşidirik, deyirlər, demokratiya bizim cəmiyyətdə populyar ideya deyil. Bunu bəzilərimiz boynumuza almışıq, deyəsən. Hətta xalqın "öndə gedən" zümrəsində belə: "Bizim xalq demokratiyaya hazır deyil" deyənlər var.

Məşhur "ziyalı" deputat da bir məclisdə bu cür çeynənmiş tezisi təkrar ifraz (izhar) etmişdi: "Biz demokratiyaya hazır xalq deyilik". Amma soruşsan, deyəcək: "Demokratik yolla seçilmişəm".

Demokratiya - iki yunan sözünün birləşməsindən əmələ gəlib, mənası "xalqın hakimiyyəti" deməkdir. Necə ola bilər ki, xalq özü üçün, ölkəsi üçün hakimiyyət formalaşdırmağa qadir olmasın?!

Məsələ də ondadır ki, həmin deputat 1995-ci ildə Konstitusiyanın qəbul olunmasına səs verib. Konstitisiyaya görə isə, Azərbaycanda siyasi idarəetmə forması demokratik respublikadır.

Tez açıb Konstitusiyaya göz gəzdirib deyə bilərsiniz: "Elə deyil, Konstitisiyada "demokratik respublika" ifadəsi yoxdur". Bəli, "demokratik respublika" deyə yazılmayıb. Amma mahiyyətcə elədir: preambulada da "demokratik quruluş" ifadəsi var. Eyni zamanda 1-ci maddənin 1-ci bəndində yazılıb: "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır". Bu, elə demokratiya deməkdir də. Həm də xalq - dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq Konstitusiyada təsbit olunur.

Deputat isə deyir ki, bizim xalq demokratiyaya hazır deyil. Onda dövlət hakimiyyətini kim formalaşdırıb?! Xalq demokratiyaya hazır deyilsə, bəs nəyə hazırdır?! Diktaturaya?!

Həm də hakimiyyətin yeganə mənbəyinin xalq olması haqda müddəanı Konstitusiyaya sən özün yazmısan axı.

Bundan başqa, bütövlükdə Konstitusiya, onun da içində 1-ci maddə referendumla təsdiqlənib. Yəni ümumxalq səsverməsi ilə. Deməli, xalq hakimiyyətin məhz özünə məxsus olduğuna səs verib. "Xalq demokratiyaya hazır deyil" deyənlər yoxsa bu referendumun nəticələrinə də şübhə edir?! Bəlkə də edir.

Bura qədər şübhə demokratiyanın əleyhinə, avtokratiyanın lehinə idi. Bundan sonra məsələyə başqa tərəfdən baxış başlayır (bu, artıq başqa yazının mövzusudur).

Sadəcə, bir şeyi əlavə edəcəm: xalqın demokratiyaya hazır olmadığını iddia etmək bir dövlət görəvlisi üçün ikiqat eyibdir. Çünki bununla o, öz ölkəsində demokratiyanın olmadığını vurğulamaqla bərabər xalqın da buna hazırlanmadığını dilə gətirmiş olur. Demokratiya donuq bir müstəvi deyil, mütəhərrik, daim yeniləşən, gəlişən bir sistemdir. Deməli, xalqı demokratyaya bir dəfə yox, lazım olduqda - həyat, proqressin məntiqi tələb edəndə hər gün hazırlamaq lazımdır. Necə ki hazırda sülh sazişi bağlamağa hazırlaşan keşmiş rəqib dövlətlər öz xalqlarını sülhə hazırlamaqdan danışır, buna razılaşıblar da. Deməli, eynilə xalqı demokratiyaya da hazırlamaq lazım deyil. "Bu ideya populyar deyil" deyib, yaxamızı kənara çəkə bilmərik. Ona qalsa, Ermənistanla sülh sazişi də bir zaman heç populyar deyildi.

Biz sülh istəyirik. Demokratiya özü də sülhün bir formasıdır; daxili siyasi barışığın ən uğurlu formasıdır. Əslində tək forma deyil, həm də məzmundur. Bir məzmundan da çox məzmun...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri