Icma.az
close
up
RU
İki Mars zondu “Blue Origin” şirkətinin yeni raketi ilə buraxılacaq

İki Mars zondu “Blue Origin” şirkətinin yeni raketi ilə buraxılacaq

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 iyun, AZƏRTAC

NASA Marsa göndəriləcək ESCAPADE (Escape and Plasma Acceleration and Dynamics Explorers – “Qaçış və Plazma Sürətlənməsi və Dinamikası Tədqiqatçıları”) missiyasını təsdiqləyib. Missiya iki kiçik aparatdan ibarətdir və onların əsas məqsədi Günəş küləyi ilə Mars atmosferi arasındakı qarşılıqlı təsirin dinamikasını öyrənməkdir. Bu tədqiqat Mars atmosferinin itkisinin səbəblərini anlamağa kömək edəcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hər iki zond sifarişçi tərəfindən vaxtında hazırlanıb və 2024-cü ilin oktyabrında “Blue Origin” şirkətinin “New Glenn” raketi ilə buraxılması planlaşdırılırdı. Qeyd edək ki, bu, raketin ilk buraxılışı olacaqdı. NASA belə riskli seçimə görə buraxılış üçün ərazinin alınmasında böyük endirim əldə etmişdi. Missiyanın əhəmiyyət dərəcəsi agentliyə bu cür qərarlar qəbul etməyə imkan verir. Lakin planlaşdırılmış buraxılışa bir ay qalmış agentlik bu fikirdən imtina edib. Səbəb isə buraxılış operatorunun daşıyıcı raketin vaxtında hazır olacağına zəmanət verə bilməməsi və oktyabr ayının sonlarında buraxılış pəncərəsinin bağlanması idi.

“New Glenn” raketinin ilk buraxılışı yalnız bu ilin yanvarında reallaşıb və uğurlu olub. ESCAPADE zondları isə hələlik konservasiya olunmuş vəziyyətdə raketlərini gözləyir. NASA-nın ümumi büdcə məhdudiyyətləri və bu səbəbdən bəzi missiyaların ləğvi fonunda bu layihənin ümumiyyətlə həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı suallar yaranmışdı. Lakin agentlik missiyanı Marsa göndərmək planlarından imtina etmədiyini təsdiqləyib.

ESCAPADE missiyasının elmi komandası layihə ilə bağlı bəzi detalları açıqlayıb. NASA hələ də zondların Marsa “Blue Origin”in “New Glenn” raketi ilə göndəriləcəyinə ümid edir, çünki şirkətlə olan müqavilə ləğv edilməyib. Bir neçə uçuş trayektoriyası nəzərdən keçirilir və yeni buraxılış imkanları bu ilin yayının sonundan 2026-cı ilin yazına qədər baş verə bilər.

Əgər bu mümkün olarsa, aparatların Marsa 2027-ci ilin sentyabrında çatacağı gözlənilir.

Eyni zamanda, “Blue Origin” hələ də “New Glenn” raketinin ikinci buraxılışının nə vaxt baş tutacağını dəqiq deyə bilmir. ESCAPADE missiyasının planlaşdırılması da bundan asılıdır. Şirkət daha əvvəl bildirmişdi ki, bu buraxılış üçün hələ uyğun yük axtarır. Əgər belə bir yük tapılmazsa, buraxılış maketlə həyata keçiriləcək. “New Glenn” raketinin ikinci uğurlu buraxılışı onun hərbi sifarişlər üçün sertifikat almaq məqsədi üçün vacibdir. Bu isə “Blue Origin”in əsas hədəflərindən biridir. Şirkət “SpaceX” və “ULA” ilə müdafiə kontraktları sahəsində rəqabət aparmaq niyyətindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri