Icma.az
close
up
RU
“Blue Origin” tarixdə 100cü qadını kosmosa aparıb AZƏRTAC

“Blue Origin” tarixdə 100cü qadını kosmosa aparıb AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 23 noyabr, AZƏRTAC

“Blue Origin” aerokosmik şirkəti onuncu suborbital uçuşunu uğurla həyata keçirib və bu missiyada altı turist kosmosun kənar orbitini ziyarət edib.

AZƏRTAC “Space” nəşrinə istinadla xəbər verir ki, “New Shepard” gəmisi NS-28 missiyasının ekipajı ilə birlikdə Texasın qərbindəki Van Horn şəhəri yaxınlığındakı Korn Ranç sahəsindən suya endirilib. Bütün uçuş 10 dəqiqədən bir qədər çox davam edib, bunun da təxminən 4 dəqiqəsini insanlar çəkisizlik şəraitində keçiriblər.

NS-28 missiyasının ekipaj üzvlərindən biri kosmosa çıxan 100-cü qadın olan MIT mühəndisi Emili Kalandrelli idi. “Bu mənim arzumdur. Mən təxminən on il aerokosmik mühəndisliyi oxudum və sonra ABŞ-da milli elmi televiziya şousunun aparıcısı olan ilk qadın oldum. İndi mən kosmosda ilk 100 qadından biri olacağam və hər yerdə qızlara onların da ulduzlara çata bildiklərini göstərəcəyəm”, -deyə Kalandrelli NS-28 missiyasının ekipajının bir hissəsi olacağı elan edildikdə sosial mediada yazıb.

Uçuşda Kalandrelliyə qoşulan Mark Heyql və Şeron Heyql “Blue Origin”in 2022-ci ildə NS-20 missiyasının ikinci turist uçuşunda olan evli cütlük idi. Missiyada, həmçinin maliyyə risklərinin idarə edilməsi üzrə mütəxəssis Ostin Litteral, sahibkar və keçmiş federal dəniz, balıq və vəhşi təbiət müfəttişi J.D.Rassell və Kanada investisiya firmasının baş direktoru Henk Volfond da iştirak ediblər.

Uçuş zamanı astronavtların olduğu kapsul Yer səthindən 106 kilometr hündürlüyə qalxaraq bir sıra ölkələrdə planetimizin atmosferi ilə kosmos arasında tanınmış sərhəd olan Karman xəttindən 4,8 kilometr hündürlükdə uçub. Bundan sonra kapsul paraşüt sistemini işə salaraq yumşaq eniş edib və ekipajı kosmosa qaldıran “New Shepard” gücləndiricisi də öz mühərrikindən istifadə edərək şaquli şəkildə Yerə enib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri