İki məşhur çips satışdan yığışdırıldı: Qətiyyən istifadə etməyin xəbərdarlığı
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Böyük Britaniyada iki populyar çips markası təhlükəli hesab edilərək bazardan geri çağırılıb.
Qida Standartları Agentliyi (FSA) məhsulların etiketində göstərilməyən allergen maddələr səbəbilə istehlakçılara "qətiyyən istifadə etməyin" xəbərdarlığı edib.
BAKU.WS xəbər verir ki, Calbee Group UK şirkəti tərəfindən istehsal olunan Calbee Hot & Spicy Chips məhsulunda xardal, Calbee Pizza Chips çipsində isə kərəviz olduğu aşkarlanıb. Bu maddələrin paket üzərində qeyd edilməməsi allergiyası olan şəxslər üçün ciddi təhlükə yarada bilər.
FSA açıqlayıb ki, bu məhsulları alanlar mağazaya qaytarmaqla tam ödəniş ala bilərlər. Eyni zamanda şirkətin müştəri xidmətləri ilə əlaqə saxlamaq imkanı təqdim olunub.
Geri çağırılma, Hot & Spicy Chips-in 55 q və 105 q-lıq paketlərində 5 iyun 2026-dək olan, Pizza Chips-in isə 55 q-lıq paketlərində 28 aprel 2026-dək olan bütün son istifadə tarixlərini əhatə edir.
Ekspertlər bildirir ki, bu cür hallar yalnız İngiltərəyə aid deyil. Onlar xüsusilə idxal və onlayn sifariş edilən paketli qidaların etiketlərinin diqqətlə oxunmasını tövsiyə edirlər. İdxal məhsullarda allergen xəbərdarlıqlarının tam göstərilməməsi təhlükə yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 05 Dekabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















