Icma.az
close
up
RU
İki nəfərin ölümünə səbəb olan kanatla bağlı ŞOK detal

İki nəfərin ölümünə səbəb olan kanatla bağlı ŞOK detal

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Vətəndaş kanata minməzdən əvvəl onun təhlükəsizliyini müəyyən qədər özü də qiymətləndirə bilər. Ən azı insanın təhlükəsizliklə bağlı müəyyən anlayışı olmalıdır. Məsələn, uşaq belə atası ilə yolda gedərkən təhlükəli bir vəziyyət gördükdə bunu hiss edib atasına bildirir. İnsanların təhlükəsizlik anlayışı və riskləri qiymətləndirmək bacarığı müəyyən təcrübə əsasında formalaşır”.

Bu sözləri “Yeni Sabah”a təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev deyib. “Şəki yaylası” adlanan ərazidə kanatın trosunun qırılması nəticəsində iki nəfərin həyatını itirməsindən danışan ekspert bu cür əyləncə qurğularında təhlükəsizlik məsələlərinə diqqət çəkib:

“Kanata minməzdən əvvəl vətəndaş ilk növbədə üzərindəki təhlükəsizlik kəmərinə, troslara və bağlantı hissələrinə diqqət yetirməlidir. Çünki bu, sadə karusel tipli atraksion deyil. Karuseldə insan oturacaqda yerləşir və xüsusi konstruksiya ilə qorunur. Kanatda isə əsas təhlükəsizlik elementləri tros, bağlantılar və insanın özünün bu qaydalara əməl etməsidir. Marqarita pizza

Bu baxımdan, kanata minməzdən əvvəl bağlantı yerlərinin möhkəmliyinə, trosun bütövlüyünə və onun hər hansı hissəsində boşalma və ya qopma olub-olmamasına diqqət yetirmək vacibdir. Trosun bağlantı hissələri də mütləq yoxlanılmalıdır.

Baş vermiş hadisə ilə bağlı hazırda prokurorluqda araşdırma aparılır. Ona görə də ekspertiza nəticələri olmadan konkret nasazlıq və ya hər hansı şəxsin təqsiri barədə fikir bildirmək düzgün olmaz.

Trosun qırılması hadisənin necə baş verdiyini göstərə bilər. Lakin trosun niyə və hansı səbəbdən qırıldığı ayrıca araşdırılmalıdır”.

Ekspert vurğulayıb ki, kanatın təhlükəsizliyinə görə əsas məsuliyyət qurğunu istismar edən müəssisənin üzərinə düşür:

“Ümumiyyətlə, kanat sisteminin təhlükəsiz istismarına ilk növbədə qurğunu işlədən müəssisə cavabdehdir. Müəssisə məsul şəxs təyin edir və həmin şəxsə müvafiq vəzifələr həvalə olunur. Buraya hazırlıqlı operatorla işləmək, operatorun müvafiq təlim və attestasiyadan keçməsini təmin etmək, texniki xidmət və texniki baxışları təşkil etmək daxildir. Bunlar müəssisənin gündəlik nəzarət öhdəlikləridir.

Atraksionların texniki təhlükəsizliyinə dövlət nəzarətini isə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu həyata keçirir. Dövlət nəzarəti müəssisənin gündəlik nəzarət öhdəliyini əvəz etmir. Burada söhbət dövri, planlı və növbədənkənar  yoxlamalardan gedir. Yoxlama zamanı hər hansı qüsur aşkar edilərsə, qurğunun fəaliyyəti dayandırıla və ya icrası məcburi olan göstəriş verilə bilər.

Yoxlamaların hansı aralıqlarla aparılmasına gəlincə, gündəlik baxışla dövri texniki müayinəni fərqləndirmək lazımdır. Gündəlik baxış keçirilməsi tələb olunur. Praktik olaraq, bu baxış ziyarətçilər qurğudan istifadə etməzdən əvvəl təlim keçmiş şəxslər tərəfindən aparılmalı və nəticələri qeydə alınmalıdır. Bu mərhələdə əsasən vizual inspeksiya həyata keçirilir. Bundan əlavə, daha geniş texniki yoxlamalar və dağıdıcı olmayan nəzarət üsulları da mövcuddur.

İlkin vizual inspeksiya zamanı gözlə görünən hər hansı uyğunsuzluq və ya qüsur aşkar edilərsə, istismar prosesi dərhal dayandırılmalıdır”.

S.Nəbiyev deyib ki, illik texniki yoxlama yalnız minimum tələbdir və atraksionların təhlükəsizliyi ilboyu müntəzəm nəzarətdə saxlanılmalıdır:

“Mövcud yanaşmaya görə, atraksionlar ən azı 12 aydan bir texniki yoxlamadan keçirilməlidir. Lakin bu, ildə bir dəfə yoxlama aparılmasının kifayət etdiyi anlamına gəlmir. Bu, dünya təcrübəsindən irəli gələn minimum yanaşmadır. Tros, kanat, lift və digər qaldırıcı qurğular ildə ən azı bir dəfə yoxlanmalıdır.

Təhlükəsizliyə təsir edən təmir, dəyişiklik və ya hər hansı müdaxilədən sonra qurğu yenidən istifadəyə verilməzdən əvvəl əlavə yoxlamaların aparılmasının zəruriliyi də qiymətləndirilməlidir. Konkret müayinə və sınaq proqramı qurğunun növünə və istismar şərtlərinə uyğun müəyyən edilməlidir.

Mexanikləşdirilmiş atraksionun texniki pasportu, tələb olunan qeydiyyatı və istismara buraxılma sənədləri olmalıdır. Operatorun hazırlığı və attestasiyası təmin edilməli, istifadəçilər təhlükəsizlik qaydaları barədə təlimatlandırılmalıdır.

Attestasiya zamanı operatorun biliklərinin, əməliyyat prosedurlarının və texniki təhlükəsizlik qaydalarının mənimsənilməsi qiymətləndirilir. Sənədlərin mövcudluğu isə qurğunun həmin gün faktiki olaraq təhlükəsiz vəziyyətdə olmasını yoxlamaq zərurətini aradan qaldırmır. Yəni sənədlər qaydasında ola bilər, amma qurğu yenə də istismara yararsız vəziyyətdə ola bilər”.

O, bildirib ki, təhlükəsizlik yoxlaması yalnız trosun vəziyyəti ilə yekunlaşmamalıdır, kanatın bütün əsas konstruktiv və idarəetmə hissələrini əhatə etməlidir:

“Dayaqlar, birləşmə nöqtələri, əyləc və idarəetmə sistemləri, qoruyucu sistemlər və digər komponentlər birlikdə yoxlanılmalıdır. Tələb olunan hallarda dağıdıcı olmayan nəzarət üsullarından istifadə edilməli, aşınmış komponentlər müəyyən edilmiş meyarlara uyğun olaraq dəyişdirilməlidir.

Bundan başqa, icazə verilən çəki limiti, külək və digər hava şəraiti ilə bağlı məhdudiyyətlərə əməl olunmalıdır. Hər istifadədən əvvəl təhlükəsizlik kəmərlərinin düzgün bərkidilməsi yoxlanılmalıdır.

Qurğunun növünə uyğun olaraq qəza zamanı dayandırma və təhlükəsiz təxliyə imkanları, hündürlükdən xilasetmə planı, zəruri avadanlıq və hazırlıqlı heyət olmalıdır. Burada xilasetmə planını icra edəcək xüsusi xilasetmə dəstəsinin olması vacibdir.

Təhlükəsizliyə təsir edən hər hansı nasazlıq aşkarlandıqda fəaliyyət dayandırılmalı və təhlükəsiz vəziyyət təsdiqlənmədən qurğu yenidən istismara buraxılmamalıdır.

Əsas prinsip ondan ibarətdir ki, texniki yoxlama sadəcə sənəddə imza ilə yekunlaşmamalıdır. Bu yoxlama insan həyatını qorumağa yönəlmiş real və effektiv nəzarət mexanizmi olmalıdır”.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri