Icma.az
close
up
RU
İki ölkə arasında gərginlik pik həddə: döyüşə səfirlər gedir

İki ölkə arasında gərginlik pik həddə: döyüşə səfirlər gedir

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi bir müddət öncə, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa XİN-ə dəvət olunub. Məlumata görə, bunun səbəbi COP29 çərçivəsində Azərbaycan hakimiyyətinin guya Fransanın və avropalıların ünvanına qəbuledilməz iradlarından və bu iradlar nəticəsində ekoloji keçid, energetika, iqlim və risklərin qarşısının alınması naziri xanım Anyes Pannye-Runaşenin BMT-nin bu konfransında iştirakını ləğv etmək məcburiyyətində qalmasıdır. Ardınca isə noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı, COP29 ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

Səfirlərin qarşılıqlı şəkildə XİN-ə çağırılması nədən xəbər verir? Növbəti addım iki ölkə arasında diplomatik münasibətlərin dayandırılması ola bilər?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, proses iki ölkə arasındakı münasibətlərin gərgin vəziyyətində olduğunu göstərir:

“Bu, ilk hadisə deyil. Daha əvvəl də Fransa səfiri Azərbaycan XİN-ə çağırılmış, lazımi xəbərdarlıqlar edilmişdi. Son bir neçə il ərzində Fransanın Azərbaycana qarşı həyata keçirdiyi ədalətsiz, qərəzli, ikili standartlara dayanan siyasətindən irəli gəlir. Xüsusilə də İkinci Qarabağ müharibəsi zamanı Fransa rəsmi Bakını təcavüzdə günahlandırırdı. Qarabağ müharibəsindən bir ay keçməmiş Fransa Milli Asambleyasında Azərbaycana qarşı qərəzli qətnamə qəbul edildi. Sonrakı müddətdə Parisin İrəvanla imzaladığı hərbi texniki müqavilələr, silah, texnika dəstəyi, eləcə də Fransa Prezidenti Emmanuel Makronun bəyanatlarında ermənipərəst fikirlərin sezilməsi və s. fonunda belə mənzərə yaranır ki, Parisin Cənubi Qafqaz siyasətində erməni təəssübkeşliyi var”.

Sultan Zahidov

Politoloqun sözlərinə görə, Fransa regionda gərginliyin olmasında maraqlıdır:

“Azərbaycan da buna qarşı çıxıb, mövqe ortaya qoyduğu üçün Fransa ölkəmizə qarayaxma kampanyasını aparmaqda davam etdi. Bu proses COP29 ərəfəsində də davam etmişdi. Hətta rəsmi Paris digər ölkələri sözügedən sammitdə iştirak etməməyə çağırmışdı. Halbuki COP29 BMT-nin tədbiridir və qlobal məsələlər müzakirə olunur. Sammit çərçivəsində olduqca mühüm məsələlər müzakirə olundu, böyük miqdarda maliyyə dəstəyi ayrıldı. Bunun baş tutmasında Azərbaycan da pay sahibi idi. Fransa nəyə görəsə bunu görməzdən gəldi. Qlobal iqlim dəyişikliyi yolunda atılmış mühüm addımları, nəticələri heçə saydı.

Bütün bu proses iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdi. Lakin diplomatik münasibətlərin yaxın günlərdə tamamilə kəsiləcəyini düşünmürəm”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri