Icma.az
close
up
RU
İki ölkə arasında münasibətlər dostluq və qarşılıqlı maraqlara əsaslanır

İki ölkə arasında münasibətlər dostluq və qarşılıqlı maraqlara əsaslanır

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Azərbaycan və Şimali Makedoniya arasında münasibətlər müxtəlif sahələri əhatə edən dostluq və əməkdaşlıq əlaqələrindən ibarətdir. Şimali Makedoniya 25 iyun 1995-ci il tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımış və iki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur. Bu tarixdən etibarən Azərbaycan və Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir.

2023-cü ildən etibarən iki ölkə arasındakı diplomatik əlaqələr daha da möhkəmləndirilərək uğurla inkişaf edir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat, iki ölkə arasındakı münasibətlərin strateji inkişafı və gələcək əməkdaşlıq perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu səfər və verilən bəyanatlar onu göstərir ki, Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlıq münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır, eyni zamanda regional və qlobal məsələlərdə də ortaq maraqlar üzərində qurulur. Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi mesajlar, iki ölkə arasındakı əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar açacaq.

Bəyanatda dövlət başçısı Azərbaycan və Şimali Makedoniya arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi, iqtisadi, enerji və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımları vurğulamışdır. Xüsusilə, enerji təhlükəsizliyi məsələsində Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi rolu və bu kontekstdə Şimali Makedoniya ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi əsas mövzulardan biri olub. Azərbaycan bu gün Avropaya enerji resurslarının tədarükündə mühüm aktor kimi çıxış edir və bu baxımdan Şimali Makedoniya ilə əməkdaşlıq əlaqələri qarşılıqlı maraqlara xidmət edir.

Bundan əlavə, Prezident İlham Əliyev siyasi dialoqun inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın Qoşulmama Hərəkatında və digər beynəlxalq platformalarda fəal iştirakı, həmçinin regional və qlobal sabitliyə töhfə vermək məqsədilə göstərdiyi səylər Şimali Makedoniya ilə münasibətlərdə də əksini tapır.

Azərbaycan və Şimali Makedoniya arasında mədəni və humanitar əlaqələrin gücləndirilməsi də mühüm məsələlərdən biri kimi bəyanatda öz əksini tapmışdır. İki ölkə xalqları arasında tarixi və mədəni bağlar daha sıx əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Şimali Makedoniya münasibətlərinin perspektivlərinin geniş olduğunu və bu əlaqələrin hər iki ölkənin maraqlarına uyğun olaraq daha da inkişaf edəcəyini göstərir. Bu səfər və aparılan danışıqlar yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayır.

Naftalan Şəhər sakini Faiqə Ağayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Mart 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri