Icma.az
close
up
RU
İki ölkə arasındakı qardaşlıq münasibəti xalqlarımızı da bir birinə yaxınlaşdırır və monolit gücə çevrilirik

İki ölkə arasındakı qardaşlıq münasibəti xalqlarımızı da bir birinə yaxınlaşdırır və monolit gücə çevrilirik

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında təbii qaz yatağı üzrə əməkdaşlıq sazişinin təsdiq edilməsi haqqında Qanun “Resmi Gazete”də dərc edilərək qüvvəyə minib. Müvafiq olaraq, 2024-cü il mayın 14-də İstanbulda imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişi” təsdiq edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və səfəri çərçivəsində Iğdır-Naxçıvan qaz boru xəttinin açılışının edilməsi böyük əhəmiyyət daşıyan tarixi hadisədir.

Azər Badamov

“Bu qaz boru kəmərinin istismara verilməsi Azərbaycanla Türkiyəni birləşdirən xətlərə yeni bir xəttin əlavə olunması deməkdir. Bəli, biz iki qardaş ölkə hər tərəfdən bir-birilə möhkəm bağlarla bağlanırıq. Bakı-Tiblisi-Qars dəmir yolu, Bakı-Tiblisi Ceyhan neft kəməri, Bakı Tiblisi-Ərzurum qaz kəməri ilə formalaşmış kommunikasiyalar siyahısı Iğdır-Naxçıvan qaz boru xəttilə davam etdirilir. Gələcəkdə Iğdırdan elektrik və dəmir xətləri də çəkiləcək.

Naxçıvanın blokadaya salındığı çətin günlərdə də Türkiyə ilə aramızda açılışı olmuş Ümid körpüsü əsil ümid yerinə çevrilmişdi. Məhz Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etməsi Naxçıvanı böyük bəlalardan xilas etmiş, Türkiyə ilə münasibətlərin yenidən dərinləşməsinə yol açmışdır. Düşmənlərimiz həmişə Türk dünyasını bir-birindən ayırmağa çalışmışdır. Məhz ona görə də 1920-ci ildə Zəngəzuru Azərbaycandan ayıraraq Ermənistanla birləşdirməklə Türk dünyasında fiziki bağlantını dayandırmışdılar. Amma indi dövlət başçılarımızın uzaqgörən siyasəti Türk dünyası arasında yenidən fiziki bağlantının yaradılmasına istiqamətlənmişdir. Bu gün Azərbaycanla Türkiyə arasında Naxçıvan üzərindən kommunikasiyaların yaradılması istiqamətində işlər davam etdirlir. Yaxın gələcəkdə Zəngəzur dəhlizi açılacaq və ölkələrimiz arasındakı bağlar daha da möhkəmlənəcək”-deyə deputat qeyd edib.

Azər Badamov vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş, həm də müttəfiqdirlər: “ Biz çətin günlərimizdə bir-birinin yanında olmaqla birliyimizi və qardaşlığımız dünyaya nümayiş etdiririk. Torpaqlarımız işğal altında olduğu dövürdə Türkiyə bütün beynəlxalq arenalarda Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini gündəmə gətirirdi. O cümlədən, 44 günlük Vətən müharibəsi zamanı da Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstək göstərməsi, qısa zaman kəsiyində zəfərimizə nail olmağımıza yol açdı. Türkiyədə zəlzələ baş verən zaman Azərbaycan Türkiyədən soruşmadan zələzələdən əziyyət çəkən bölgələrə birbaşa yardımlar göndərməyə başlamışdı. Bəli, Azərbaycan və Türkiyə çətin gündə soruşmadan yanında olan qardaş ölkələrdir. Bu gün də Azərbaycan Kahramanmaraşda 1000 evlik bir şəhərcik tikərək zəlzəldən əziyyət çəkən insanlara hədiyyə edir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulub bərpa olunmasında Türkiyə şirkətlərinin iştirak etməsi "Böyük Qayıdışa dair Dövlət Proqramı"nın vaxtında icra olunmasına töhfə verir”-

Deputat qeyd edib ki, bizim birgə layihələrimiz bundan sonra da çox olacaq və dövlət başçılarımızın arasında möhkəmlənmiş qardaşlıq münasibəti xalqlarımızı da bir-birinə daha da yaxınlaşdırır, monolit gücə çevrilirik.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Mart 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri