İki ölkə birincinliyi başa çatdı
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda akrobatika və aerobika gimnastikası üzrə təşkil olunan ölkə birinciliklərinə yekun vurulub.
Futbolpress.az xəbər verir ki, oktyabrın 27-28-də Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu respublika birinciliyi baş tutub.
İki gün davam edən turnirdə ölkənin müxtəlif idman klublarını təmsil edən gimnastlar fərqli yaş qrupları və proqramlar çərçivəsində bacarıqlarını nümayiş etdiriblər.
Son yarış günündə akrobatika üzrə kiçiklər, uşaqlar və yeniyetmələr qadın cütlükləri, qadın qrupları və qarışıq cütlüklər tərkibində temp və qarışıq hərəkətlər üzrə mübarizə aparıblar. Günün ikinci yarısında isə aerobika üzrə uşaqlar, yeniyetmələr və gənclər üçlük, qarışıq cütlük və qrup proqramlarında öz hüsn-karlarını göstəriblər.
Yarışların yekununda təşkil olunan təntənəli mükafatlandırma mərasimində fərqli yaş kateqoriyaları üzrə fərqlənən idmançılara medal və diplomlar təqdim edilib.
Baxış sayı:58
Bu xəbər 29 Oktyabr 2026 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















