İki ölkə Rusiyanın artan təhdidlərinə qarşı birləşir
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərənin baş naziri Starmer və Almaniya kansleri Merz bu gün Londonda bir-birlərinə kömək etmək öhdəliyini ehtiva edən yeni razılaşma imzalayacaqlar. Bu, 1945-ci ildə II Dünya Müharibəsinin sonundan bəri, Böyük Britaniya və Almaniya arasındakı ən böyük müqavilə olacaq. Razılaşmada digər potensial təhdidlərə qarşı birgə fəaliyyət də nəzərdə tutulur.
Reyting.az “Politico” nəşrinə istinadla bildirir ki, qarşılıqlı müdafiəni və əməkdaşlığı nəzərdə tutan razılaşma həm Rusiyanın artan təcavüzünə, həm də Avropa müttəfiqlərinin ABŞ prezidenti Trampa görə NATO ilə bağlı narahatlığına reaksiyadır.
Eyni zamanda, bu razılaşma NATO-nun 5-ci maddə kimi tanınan fundamental kollektiv müdafiə prinsipini əvəz etməməlidir.
“Bloomberg” yazır ki, müdafiə elementi Almaniya üçün xüsusilə vacibdir, çünki İngiltərə və Fransa Avropanın iki nüvə gücüdür, Almaniyanın isə öz nüvə başlığı yoxdur. Üstəlik, alman rəsmisinin sözlərinə görə, yeni sazişdə nüvə silahı açıq şəkildə qeyd olunmur.
Müqavilədə həmçinin “Brexit”in mənfi nəticələrini minimuma endirmək səylərinin bir hissəsi olan ticarət, nəqliyyat və qanunsuz miqrasiya ilə bağlı tədbirlər də nəzərdə tutulur.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:İki ölkə Rusiyaya qarşı birləşir
18 Yanvar 2025 12:28
İki ölkə birləşir
27 Mart 2025 19:31
Rusiyanın Azərbaycana qarşı növbəti təxribatı: İki ölkə arasında gərginlik ŞƏRH
05 May 2025 18:51
İki ölkə Rusiyanın sualtı gəmilərini izləməyə başlayıb
28 Oktyabr 2025 17:42
Varşava Rusiyanın NATO təhdidlərinə reaksiyasından qorxur
15 Avqust 2025 08:26
Baxış sayı:96
Bu xəbər 17 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















