Icma.az
close
up
RU
İki ölkə Türkiyənin Avropaya yolunu bağlamaq istəyir

İki ölkə Türkiyənin Avropaya yolunu bağlamaq istəyir

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


“Suriyada baş verənlər Türkiyənin qlobal siyasətdə aktivləşməsi ilə bağlıdır. Diqqət yetirin, Türkiyə elan edib ki, Ukraynaya sülhməramlı qüvvələr yeritməyə hazırdır. Eləcə də Amerika-Avropa konflikti yarandıqdan sonra ABŞ-nın boşatdığı yeri Türkiyənin NATO-da doldurma ehtimalı var. Hətta Fransa prezidenti Makron Türkiyənin Avropa Birliyinə daxil edilməsi haqda fikirlər səsləndirib. Təbii ki, bu vəziyyət həm Rusiya, həm də İranın maraqlarına ziddir. Ona görə də, Suriyada baş verənlər İran və Rusiyanın oradakı tör-töküntülərini aktivləşdirməsi ilə bağlıdır. Bu yolla Türkiyənin başını qatmaq, ona problem yaratmaq, siyasətini bloklamaq məqsədi güdülür”.

Bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri qeyd edib ki, İran və Rusiya Suriyada məqsədinə nail ola bilməyəcək:
“Artıq Türkiyə Suriyaya qoşun yeridib, eyni zamanda İran və Rusiyanın nəzarətində olan bir hökumətin qurulmasına da izin verməyəcək. Elə Bəşər Əsədin hakimiyyətdən qovulması da bunun nümunəsidir. Baxmayaraq ki, Əsədin əlində real ordu və hərbi texnika var idi, amma hakimiyyətdə qala bilmədi. Odur ki, Rusiya və İranın dəstəklədiyi, eləcə də kənardan İsrailin təqdir etdiyi qüvvənin Suriyada hakimiyyətə gəlməsi gözlənilən deyil. Buna rəğmən onlar Suriyanın indiki hökumətinə problem yaradırlar. Bu da anlaşılandır”.
S. Cəlaloğlu xatırladıb ki, dünyada yeni dövlətlər yarandıqda etirazlar, lokal münaqişələr olub: “İstər oktyabr inqilabı, istərsə də İran inqilabı zamanı buna oxşar hallar baş verib. Suriyada da belə vəziyyətin yaranması təbiidir. Çünki müəyyən dövrdə hansısa bölgə hakimiyyətdən bəhrələnib, üstün imtiyazlara malik olub. Bu gün imtiyazlar əldən çıxanda onlar qıcıqlanırlar. Həmçinin uzun müddət onları dəstəkləyən qüvvələr də onları aktivləşdirməyə çalışırlar. Yəni həmin yerli qüvvələr istəsələr də, sakit dayana bilməzlər. Rusiya və İranın tapşırığı ilə bu şeylər baş verir”.

S. Cəlaloğlu
ADP sədri ortaya konkret faktlar da qoyur:
“Suriyada baş verənlərdən bir gün əvvəl İran dini liderinin müşaviri Vilayəti dedi ki, Suriya parçalanacaq, vətəndaş müharibəsi olacaq. Bunun səhəri eyni hadisələr baş verdi. Əslində bu, bir komanda idi ki, İran tərəfindən verildi. Bundan əvvəl isə İran və Türkiyə arasında diplomatik gərginlik yaşanırdı. Türkiyə rəsmisi Hakan Fidanın İranı nəzərdə tutaraq “siz başqa dövlətdə öz qüvvələriniz vasitəsilə gərginlik yaradırsınız”, - deməsi söz atışması idi. İndi də İran konkret addım atıb. Gözləyək, görək bunun müqabilində Türkiyə İranda hansı addımlar atacaq”.
Cəlaloğlu əmindir ki, hazırda Suriyada baş verənlər Türkiyənin artan nüfuzu ilə əlaqəlidir və Ankaranın müxtəlif layihələrdə iştirakının qarşısını almaq üçün Türkiyənin başını özünə qarışdırmaq istəyirlər.
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Mart 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri