Icma.az
close
up
RU
Türkiyənin energetika naziri Avropaya qaz nəqlinin artırılması şərtlərini açıqlayıb AZƏRTAC

Türkiyənin energetika naziri Avropaya qaz nəqlinin artırılması şərtlərini açıqlayıb AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara, 4 yanvar, AZƏRTAC

Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha böyük töhfə vermək istəyir. Ankara Mərkəzi və Şərqi Avropa ölkələrinə ildə 10 milyard kubmetrədək qaz tədarük etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Yaponiya mətbuatına bildirib.

Energetika naziri qeyd edib ki, Türkiyədən mavi yanacağın tədarükünün artırılması Avropa tərəfindən siyasi iradə və öhdəlik, eləcə də interkonnektorlara sərmayələrin artırılması ilə mümkündür.

Eyni zamanda, Bayraktar Qətərdən Türkiyəyə qaz kəməri layihəsini perspektiv adlandırıb və qeyd edib ki, bu ideya reallaşarsa, Avropaya qazın svop tədarükü mümkün olacaq.

“İdeyanın həyata keçirilməsi üçün əsas şərt regionda, xüsusən də Suriyada sabitlikdir. Bu, müəyyən vaxt tələb edir”, - deyə türkiyəli nazir bildirib.

O qeyd edib ki, Türkiyə Suriyanın özündə də qaz kəməri tikintisi layihələrini həyata keçirə, eləcə də qonşu ölkənin elektrik enerjisinə ehtiyacını ödəmək üçün üzən elektrik stansiyalarının potensialından istifadə edə bilər.

Bununla bağlı Türkiyənin energetika naziri beynəlxalq ictimaiyyəti Dəməşqə qarşı sanksiyalardan tez bir zamanda imtina etməyə və Suriyanın yenidən qurulmasına maksimum töhfə verməyə çağırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Yanvar 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri