Icma.az
close
up
RU
İki ölkədə kürd dövləti qurula bilər: Türkiyə üçün xoşagəlməz vəziyyət

İki ölkədə kürd dövləti qurula bilər: Türkiyə üçün xoşagəlməz vəziyyət

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Orta Şərqdə baş verən son geosiyasi hadisələr fonunda, kürd məsələsi yenidən beynəlxalq gündəmə çıxıb. Hazırda Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalan bu prosesi strateji fürsət kimi dəyərləndirir. Onun fikrincə, Türkiyə, İran, İraq və Suriyada yaşayan kürdlərin birliyi regionda mühüm siyasi və hərbi qüvvəyə çevrilə bilər.

Öcalan hesab edir ki, kürdlərlə ilk strateji ittifaq quran tərəf İsrailin artan təsirinə qarşı mühüm üstünlük əldə edəcək. Bu yanaşma, kürd məsələsinin yalnız etnik və ya milli hüquqlar kontekstində deyil, həm də regional güc balansında təsirli bir aktora çevrilə biləcəyini göstərir.

Öcalanın bu mövqeyi hansı real ehtimallara əsaslanır və regionun gələcək siyasi xəritəsində necə rol oynaya bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, Türkiyədə kürd toplumunun kifayət qədər çox sayda olması və separatizmin zaman-zaman daha təsirli hala gəlməsi, eyni zamanda bu prosesin qonşu ölkələr tərəfindən dolayısı yolla dəstəklənməsi məsələnin dərinləşməsində mühüm rol oynayıb:

“Türkiyədə bu proses uzun illər davam edib. Hazırda isə Türkiyə, Suriya və İraqda kürd toplumunun yarım dövlət formasında strukturlaşmasını nəzərə almaq məcburiyyətindədir. Bu cür bir vəziyyətin İranda yaranması hələlik ehtimal olunmur. Lakin Türkiyənin son 40 ildə verdiyi itkiləri, etdiyi böyük güzəştləri, insan və maliyyə baxımından yaşadığı itkiləri nəzərə alsaq, Suriya və İraqda kürd dövlətçiliyinin qurulması daha real görünür.

Türkiyə PKK-nın buraxılması məsələsində oynadığı rol ilə proseslərə qismən dəstək verə bilər. Çünki yalnız bu yolla Türkiyə daxilindəki kürd axınını özündən uzaqlaşdıra və idarə edə bilər. Rəsmi Ankara artıq bu məsələni öz siyasi baxışlarına uyğun olaraq təkmilləşdirməyə başlayıb.

Əgər Öcalan Türkiyənin mövqeyindən danışırsa, onun çıxışlarının davamında kürdlərə “Türkiyənin dəstəyinə arxalanın” çağırışı səsləndirməsi daha məntiqli olar. Necə ki, bu günə qədər bəzi qüvvələr PKK-nı Türkiyəyə qarşı istifadə ediblərsə, indi Türkiyə də bu tendensiyanı dəyişərək kürd toplumundan öz maraqları istiqamətində istifadə etməlidir”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 İyun 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri