Icma.az
close
up
RU
İki prezidentin gizli danışığı dünyanı qarışdırdı Əsas hədəf bu ölkələr olub

İki prezidentin gizli danışığı dünyanı qarışdırdı Əsas hədəf bu ölkələr olub

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çin Prezidenti Si Cinpin və Vladimir Putinin hərbi paradı izləmək üçün liderlərə ayrılan məkana gedərkən dialoqları müzakirə olunur. İki liderin danışığı kameralara düşüb. Çin və Rusiya liderlərinin ölümsüzlük mövzusunda apardıqları dialoqun efirə verilməsi beynəlxalq medianın diqqətini çəkib. Bu söhbət sadəcə maraqlı və qeyri-adi kimi görünə bilər, lakin dialoqun ictimaiyyətə təqdim olunması təsadüfi sayılmır. Bəzi siyasi analitiklər bunu şüurlu şəkildə verilmiş geosiyasi mesaj kimi qiymətləndirirlər.

Bu mesajın hədəfi hansı ünvanlardır və arxasında hansı ideoloji və strateji məqsədlər dayanır?

Digər tərəfdən, məsələnin mühüm tibbi və bioloji aspektləri də mövcuddur.

İnsan orqanizminin yaşlanma prosesini ləngitmək və ya hətta idarə etmək mümkün ola bilərmi? Elm bu istiqamətdə nə dərəcədə irəliləyib və gələcəkdə bu, real nəticələrə yol aça bilərmi?

Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən 25-ci Zirvə görüşü və Çin dövlətinin öz hərbi gücünü nümayiş etdirən parad keçirməsi ümumilikdə rəqib ölkələrə, o cümlədən dünyada birqütblü düzəni qurmaq istəyən qüvvələrə açıq mesaj idi:

“Heç şübhəsiz ki, həmin Zirvədə keçirilən tədbirlər, görüşlər, onların təşkili və keçirilmə qaydası, qonaqların qəbulu forması, müzakirə olunan məsələlər, irəli sürülən təkliflər hamısı siyasi rəmz daşıyan hallardır. Eyni zamanda, Çin dövlət başçısı Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin arasında “ölümsüzlük” müzakirəsi və onun ictimailəşdirilməsi də təsadüfü hesab edilə bilməz. Çin kimi sərt rejimli və süni intellekti geniş şəkildə istifadə edən dövlətdə belə halın “mikrofonlar açıq qaldığına görə” oldu yanaşması inandırıcı deyil. On minlərlə insanın, minlərlə texnikanın iştirakı ilə keçirilən heç bir tədbirdə nöqsan olmadığı halda dövlət başçılarının görüşündə yaranması necə təsadüf ola bilər axı?”

Yalçın Hacızadə

Politoloq hesab edir ki, 70-dən yuxarı yaşı olan hər iki lider dünyaya hələ daha çox hakimiyyətdə və həyatda qala biləcəklərini, həmçinin ölkələrinin texnika, texnologiya və tibb sahəsində gəldiyi yüksək səviyyəni göstərməyə çalışıblar:

“Xatırladım ki, bir neçə gün bundan əvvəl Ağ evdə Avropa ölkələrinin liderləri ilə görüşən Donald Trampın da mikrofonu açıq qaldığına görə “Putin mənə görə müharibəni dayandırmaq istəyir” ifadəsi də ictimailəşmişdi. Məncə, Si Cinpinlə Putinin “ölümsüzlük” müzakirəsinin ictimailəşməsi həm də Trampın “açıq mikrofonuna” bir qarşılıqlıq vermək olub”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla ölümsüzlük ideyasını canlı təbiətə zidd olan fəlsəfi bir anlayış kimi qiymətləndirir:

Adil Qeybulla

“Bu, mümkün olan bir şey deyil. Hər bir hüceyrə müəyyən müddət yaşaya bilir və canlı orqanizmdə hüceyrələr zamanla ölür, onların yerini yeni hüceyrələr tutur. Həmin proses orqanizmin cavanlaşmasını təmin edir. Lakin zamanla hüceyrələrin yenilənmə nisbəti azalır və nəticədə qocalma prosesi başlayır”.

A.Qeybulla bildirib ki, qocalma bütün canlı orqanizmlərə xas bir haldır:

“İnsan da daxil olmaqla, canlıların ömrü fərqlidir. Məsələn, bəzi bitkilər 500, hətta 800 il yaşaya bilər. Amma onların da həyatı konkret bir ömürlə məhdudlaşır. Canlı orqanizmin ölümsüzlük ideyası isə real elmi faktlara ziddir. Bu mövzu bəzən zarafat və ya siyasi mesaj kimi təqdim oluna bilər, amma tibbi və bioloji baxımdan bu, mümkün deyil”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri