Icma.az
close
up
RU
ABŞ neftinin əsas alıcıları hansı ölkələr olub? Siyahı

ABŞ neftinin əsas alıcıları hansı ölkələr olub? Siyahı

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


ABŞ-nin gündəlik neft ixracı təxminən 4 milyon barel təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3% azalma deməkdir.
Yeniavaz.com
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı son məlumatlara istinadən xəbər verir ki, ölkədə daxili neft hasilatı rekord səviyyəyə – gündəlik 13,6 milyon barelə çatsa da, ixracda son dörd ildə ilk dəfə eniş müşahidə olunub.
Bildirilir ki, 2025-ci ildə ABŞ xam neftinin ən böyük idxalçısı Niderland olub. Bu ölkə il ərzində təxminən 419 milyon barel neft alaraq ümumi ixracın 10,7%-ni təşkil edib. Bu həcmin böyük hissəsi Avropanın əsas enerji qovşaqlarından biri sayılan Rotterdam limanı vasitəsilə emal və yenidən paylanma üçün istifadə olunur.
Şimali Amerika ölkələri də ABŞ neftinə yüksək tələbat göstərməkdə davam edir. Meksika (398 milyon barel) və Kanada (324 milyon barel) ən böyük idxalçılar sırasında yer alıb. Bununla yanaşı, Cənubi Koreya, Yaponiya, Çin və Hindistan kimi Asiya ölkələri də əsas alıcılar olaraq qalır.
2025-ci ildə ABŞ neftinin əsas idxalçıları aşağıdakı kimi olub:
Niderland – 418.75 milyon barel;
Meksika – 398.14 milyon barel;
Kanada – 323.65 milyon barel;
Cənubi Koreya – 257.35 milyon barel;
Yaponiya – 247.19 milyon barel;
Çin – 237.78 milyon barel;
Hindistan – 221.06 milyon barel;
Braziliya – 132.59 milyon barel;
Böyük Britaniya – 123.73 milyon barel;
İspaniya – 95.11 milyon barel.
Onu da bildirək ki, 2023-cü ildən etibarən Avropa ABŞ neftinin əsas bazarına çevrilib. Bu, əsasən Rusiyadan enerji asılılığını azaltmaq strategiyası ilə əlaqələndirilib. Lakin 2025-ci ildə Avropaya ixrac təxminən 7% azalıb. Ekspertlər bunu OPEC ölkələrinin hasilatı artıraraq bazarda rəqabəti gücləndirməsi ilə izah edir.
Avropa daxilində isə fərqli tendensiyalar müşahidə olunub. Böyük Britaniya ABŞ neft idxalını təxminən 35% azaldaraq ən kəskin geriləməni göstərib. Əksinə, Niderland idxalı artıraraq ümumi azalmanı qismən kompensasiya edib.
Asiya bazarında da dəyişikliklər diqqət çəkir. Çin və Sinqapura ixrac azalıb. Bunun əsas səbəbi ticarət gərginlikləri və Rusiya ilə İranın daha ucuz neft təklif etməsi göstərilir. Digər tərəfdən, Hindistan və Yaponiya ABŞ neftinə tələbatı artıraraq regional balansda dəyişiklik yaradıb.
Bütün bu azalmalara baxmayaraq, ABŞ neft ixracı hələ də yüksək səviyyədə qalır. 2015-ci ildə ixrac qadağasının ləğvindən sonra ölkənin neft daşımaları sürətlə artaraq 2011-ci illə müqayisədə təxminən 85 dəfə yüksəlib.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 Aprel 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri