İki qonşu ölkəni qarışdıran təşkilat: Azərbaycanda necə uğursuz oldu?
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Trampın Hindistanla bağlı səsləndirdiyi fikirlər ciddi rezonans doğurub. O, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Hindistanda seçkilərə 21 milyon dollar xərclədiyini iddia etməsi edib. Trampın sözləri bu ölkədə hökumətlə müxalifət arasında gərginliyə səbəb olub.
Hindistanın hakim Bharatiya Janata Partiyasının liderlərindən olan Amit Malviya iddianı “xarici müdaxilə” kimi qiymətləndirib. O, müxalif Hindistan Milli Konqresinin keçmiş vitse-prezidenti Rahul Qandini ABŞ və Avropanı ölkənin daxili işlərinə qarışmağa çağırmaqda ittiham edib.
USAİD-in təkcə Hindistanda deyil, həmçinin bir çox digər ölkələrində bənzər formada daxili işlərinə qarışdığı bildirilir. Hətta bənzər tendensiyanın Azərbaycanda olduğuna dair iddialar da var.
Təşkilat indiyə kimi Azərbaycana nə qədər maliyyə yardımı edib? Bu vəsait kimlərə, hansı təşkilatlara ötürülüb?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, USAİD-in Hindistanda etdikləri, əslində digər ölkələrdəki fəaliyyətinin sübutudur:
“USAİD ABŞ dövlət departamentinin tapşırıqlarını icra edib. 15 il bundan öncə Vaşinqtonun əsas məqsədi Avrasiyada, xüsusi ilə də MDB məkanında rəngli inqilabları törətmək idi. Məsələn, “Ərəb baharı”, ya da Gürcüstan, Ukrayna, Ermənistan kimi ölkələrdə baş verən hakimiyyət dəyişiklikləri birbaşa USAİD-in ayırdığı vəsaitlə baş tuturdu.
Elxan Şahinoğlu
Təbii ki bu inqilablar heç də həmişə uğurlu olmadı. Xüsusi ilə “Ərəb baharı”ndan gözləntilər özünü doğrultmadığı üçün USAİD tədricən gözdən düşdü. Bu gün ABŞ-da Tramp tərəfindən bu qurum lazımsız görülür.
Əlbəttə, USAİD böyük ehtimal Azərbaycandakı müxalif qruplarla, ya da QHT İnsan haqları təşkilatları ilə təmasa keçib. Lakin onlara nə qədər vəsait ayırdığını demək çətindir. Yenə də bütün cəhdlərin nəticəsiz olduğu məlumdur”.
Turan Rzayev
Globalinfo.az
Baxış sayı:93
Bu xəbər 22 Fevral 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















