Icma.az
close
up
RU
İki ölkəni qarışdıran İTTİFAQ KONKRET

İki ölkəni qarışdıran İTTİFAQ KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlər sosial şəbəkələrdə İrana bağlı qüvvələrin, o cümlədən “Müsəlman hərəkatı” adı altında fəaliyyət göstərən çevrələrin Əli Kərimliyə açıq və israrlı dəstək kampaniyasına başlaması diqqət çəkir.

Bu hərəkata bağlı şəxslərin qısa zaman ərzində video müraciətlər paylaşmaları, emosional ritorika ilə Əli Kərimlini simvolik fiqur kimi təqdim etməyə çalışmaları və onu hətta Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandela ilə müqayisə etmələri ictimai rəydə maraqla izlənilir.

Müzakirə mövzusu təkcə daxili siyasi simpatiyalarla məhdudlaşmır. Məsələ ondan ibarətdir ki, bu fəallığın arxasında xaricdən yönləndirilmiş sifarişin dayandığına dair iddialar getdikcə daha çox səsləndirilir. Xüsusilə İranla əlaqəli dini-siyasi şəbəkələrin bu prosesdə ön plana çıxması kampaniyanın məqsədi, hədəf auditoriyası və zamanlaması ilə bağlı sualları aktuallaşdırır.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bu dəstək hər zaman olub:

“Fikrimcə, bu, böyük bir problemdir. Çünki Azərbaycan siyasətçilərinin ölkədə şəriət dövləti qurmaq, eyni zamanda qonşu ölkənin ideologiyasını təbliğ etmək istəyən bir mexanizmin təşkilatını müdafiə etməsi müşahidə olunur.


Dəfələrlə bu adamlar sözügedən təşkilatın müdafiəsinə qalxıb. “Müsəlman Birliyi” adlı təşkilatın həbsdə olan ilahiyyatçı sədri Taleh Bağırzadənin mətnlərini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Milli Şuranın qurucu üzvlərindən Cəmil Həsəli öz səhifələrində yayıblar. Bu da üzücü bir haldır”.

Deputat Hikmət Babaoğlu isə deyib ki, 1993-cü ildən bu günə qədər Azərbaycanı daxildən və xaricdən sarsıtmaq istəyən güc mərkəzlərinin iş birliyinin ən müxtəlif formalarının şahidi olmuşuq:

“Bir zamanlar özünü demokrat elan edən Əli Kərimlinin Rusiyanın sifarişlərini yerinə yetirən obrazını da görmüşük. Başqa bir vaxt isə onun İrandakı radikal islamçıların sifarişlərini yerinə yetirdiyini müşahidə etmişik. Yəni Əli Kərimlinin öz dağıdıcı məqsədləri üçün hamı ilə ittifaqa girdiyi görünür.


Hikmət Babaoğlu

Bu gün də fars şövinizminin qələbəmizi həzm edə bilməməsi səbəbilə İrandakı çevrələrin AXCP sədrini müdafiə etməsi təəccüblü deyil.

İranın Zəngəzur dəhlizinə bu günə qədərki münasibəti bəllidir. Tehranın daha əvvəl isə erməni terrorçularını dəstəklədiyini bilirdik. Ona görə sosial şəbəkələrdəki aktivlik də, məhz bununla bağlıdır. Əli Kərimli öz xalqı və dövləti ilə ittifaqda olmamaq üçün şeytanla belə ittifaqa getməyə hazırdır. Necə ki, biz o şeytanla ittifaqın şahidiyik.”

Turan Rzayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see338

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see337

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see326

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see289

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see256

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see225

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see221

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see213

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see207

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see204

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see188

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see183

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see172

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see166

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see162

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see157

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see150

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri