Icma.az
close
up
RU
İki tərəvəz və bir meyvədən Şəfalı ŞİRƏ

İki tərəvəz və bir meyvədən Şəfalı ŞİRƏ

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Payız mövsümünün gəlişi ilə təzə çəkilmiş şirələrin dövrü başlayır. Alma, yerkökü və çuğundurdan hazırlanmış şirə həm cismə, həm də əqlə faydalı olan saysız-hesabsız keyfiyyətləri sayəsində əsl sehrli içki sayılır. Orqanizmə şəfaverici təsiri və çox asan hazırlanması bu şirəni bütün dünyada populyar edib. Bunun üçün sadəcə bazardan alma, yerkökü və çuğundur alıb, onları şirəçəkən maşından keçirmək lazımdır. Vəssalam.

Sağlamolun.az xəbər verir ki, tərkibində cəmi iki tərəvəzin və bir meyvənin olmasına baxmayaraq, bu şirə çox bəsləyicidir. Belə ki, almanın tərkibində A, B1, B2, B6, C, E və K vitaminləri, habelə fol turşusu, sink, maqnezium, kalium, fosfor, kalsium, natrium və dəmir kimi maddələr var. Yerkökü A, B1, B2, B3, C, E və K vitaminləri, nikotin və pantoten turşuları, habelə kalsium, maqnezium və selenlə zəngindir. Yerkökü bütöv şəkildə deyil, məhz şirə halında maksimum faydalıdır. Çuğundur ürək-damar xəstəliklərinin qarşısını alır. Bu tərəvəz A, C, B qrupu vitaminləri, dəmir, mis, maqnezium, kalsium, habelə qocalmanı yavaşıdan digər bəsləyici maddələrlə zəngindir. Gün ərzində orqanizmi gümrah vəziyyətdə saxlamaq məqsədi ilə onu bütün zəruri bəsləyici maddələrlə təmin etmək, habelə ona uzunmüddətli faydalı təsir göstərmək üçün alma, yerkökü və çuğundurun kombinasiyası yetərlidir.

Alma-yerkökü-çuğundur şirəsi müxtəlif daxili orqanları, məsələn, böyrəkləri, qaraciyəri və mədəaltı vəzi sağlamlaşdırmaq üçün əla vasitədir, onları müxtəlif xəstəliklərdən qoruyur, ürəyi və ağciyəri möhkəmləndirir. Bir neçə il əvvəl bu şirə ağciyər xərçəngindən əziyyət çəkənlərə tövsiyə olunub. Şirə xərçəngin digər növlərini də müalicə edir, çünki bu xəstəliyi törədən hüceyrələrin böyüməsinin qarşısını alır.

Təzə çəkilmiş şirə paket və butulkada satılan şirələrdən çox-çox faydalıdır. Ancaq başa düşmək lazımdır ki, şirə nə desertdir, nə də içkidir, o, müalicəvi-profilaktik məhsuldur. Buna görə də ehtiyatla və düzgün şəkildə içilməlidir. Məsələn, 3-10 yaşlı uşaqlara bu şirəni müalicəvi məqsədlə gündə iki dəfə vermək olar. Özü də bir porsiya 30 milliqramdan çox olmamalıdır. Şirəyə 1+1 nisbətdə içməli su da əlavə oluna bilər.

Meyvə-tərəvəzin şirəsini çəkmək üçün əvvəlcə onları yaxşı-yaxşı yumaq, zədələnmiş yerlərini kəsib götürmək lazımdır. Şirə çəkilən kimi dərhal içilməlidir, onu soyuducuda saxlamaq olmaz, çünki 10-15 dəqiqə ərzində turşuma prosesi gedir və tərkibindəki vitaminlər məhv olur. Əgər körpəniz qastritdən, digər mədə-bağırsaq yolu pozuntularından əziyyət çəkirsə, yaxud allergiyaya meyllidirsə, ona təzə şirə içirtmək üçün mütləq həkimin icazəsi lazımdır. Bundan əlavə, bu şirəni soyuqdəyməsi olan uşaqlara vermək də məsləhət deyildir, çünki selik ifrazını stimullaşdırmaqla, öskürək və zökəmi gücləndirir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri