Icma.az
close
up
RU
Ən məşhur şəfalı bitki

Ən məşhur şəfalı bitki

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gicitkən ən faydalı şəfalı bitkilərdən biri sayılır. Ta qədimdən bu bitki müxtəlif xəstəliklər zamanı istifadə olunurdu. İnsanlar inanırdı ki, gicitkən qara güvvələri qovur.

Gicitkən olduqca zəngin kimyəvi tərkibə malikdir. Bu bitkinin tərkibində C, B qrupu, K, E kimi vitaminlər, karotinlər (orqanizmdə A vitamininə çevrilir), dəmir, kalium, mis, sink, maqnezium, kükürd və s. kimi minerallar, orqanik turşular, fitonsidlər və s. faydalı maddələr daxildir.

Gicitkən orqanizmə çox geniş müalicəvi təsir edir - iltihabəleyhinə, ümumi möhkəmləndirici, sidik və öd-qovucu və s. Gicitkən həmçinin xərçəng əleyhinə təsirinə malikdir.

Gicitkən qanın laxtalanmasını gücləndirir və bu səbəbdən yaralar, xoralar, kəsiklər, daxili qanaxmalar zamanı xeyirlidir. Lakin gicitkənın bu xüsusiyyətini nəzərə alaraq qanı çox qatı olan, varikoz və tromboflebit kimi xəstəliklərdə əziyyət çəkən insanlar gicitkənı qəbul etməməlidir - bu damarlarada trombların əmələ gəlməsinə səbəb ola bilər.

Gicitkən qanın tərkibinə müsbət təsir edir, qanı təmizləyir. Keçmişdə gicitkənı qanazlığı zamanı müalicəvi vasitə kimi geniş istifadə edirdilər. Müasir alimlər də bu təcrübəni təsdiq edir - gicitkənın müntəzəm qəbulu qanda hemoqlobinin səviyyəsini qaldırır və eritrositlərin sayını artırır.

Gicitkən ürəyin fəaliyyətinə müsbət təsir edir, immun sistemini gücləndirir, orqanizmə xəstəliklər və əməliyyatlardan sonra daha tez bərpa olmasına kömək edir.

Gicitkən qanda şəkərin səviyyəsini normallaşdırır və bu səbəbdən şəkərli diabetdən əziyyət çəkən insanlar bu bitkini tez-tez qəbul etməlidir. 1/2 stəkan qatığa 1 xörək qaşığı xırda doğranmış gicitkən əlavə edin və bu qarıçığı hər qida qəbulundan əvvəl için.

Radikulit, revmatizm, podaqra, əzələ ağrıları zamanı da gicitkən müalicəvi təsir göstərir.

Gicitkən güclü iltihabəleyhinə təsirə malikdir və bu səbəbdən orqanizmdə müxtəlif iltihabları müalicə edir. Belə ki, gicitkən dəmləməsi (2 xörək qaşığı xırda doğranmış təzə gicitkən + 1 stəkan qaynar su) sidik kisəsi və sidik yolları iltihabları zamanı iltihabəleyhinə və sidikqovucu vasitə kimi istifadə olunur. Boğaz, damaq, ağız boşluğu iltihabları zamanı gicitkən dəmləməsi ilə qarqaralar çox yaxşı müalicəvi effekt verir. Gicitkən həmçinin damaqları möhkəmləndirir.

Qidalı liflərlə zəngin olan gicitkən həzm prosesləri yaxşılaşdırır, bağırsaqlarda iltihabı azaldır, bağırsaqları şlaklar, toksinlər, ağır metallar, qurdlardan təmizləyir.

Yazda insan orqanizmi vitamin və mineral çatışmazlığında əziyyət çəkir. Bu zaman təzə gicitkən bizə çox yaxşı kömək edə bilər. Bitkini salatlara, müxtəlif xörəklərə əlavə edin.

Gicitkən kosmetologiyada da çox geniş istifadə olunur. Kəpək, seboreya, saç tökülməsi, hətta keçəlləşmə zamanı gicitkən çox yaxşı müalicəvi təsir edir. Bunun üçün 100 qr gicitkən götürüb 1 l qaynar suda dəmləyin, 1 saat ərzində saxlayın, süzün və sonra saçlarınızı yuduqdan sonra bu dəmləmə ilə yaxalayın. Bunu 1 ay ərzində müntəzəm olaraq etmək lazımdır. Saçlar daha sağlam və parlaq görünəcək, möhkəmlənəcək.

İltihabəleyhinə təsirinə malik olan gicitkən müxtəlif dəri problemləri zamanı da çox effektlidir - dərini təmizləyir, iltihabları azaldır. 2 xörək qaşığı gicitkən kökləri 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və bu dəmləmə ilə üz dərisinə islatmalar edin (təmiz tənzifi dəmləmədə isladın və dəriyə qoyun).

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri