İki təyyarə havada toqquşdu: ÖLƏN VAR
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Uruqvayda təlim uçuşu zamanı iki kiçik təyyarənin havada toqquşması nəticəsində pilotlardan biri həyatını itirib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Subrayado” nəşri Uruqvay Hərbi Hava Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.
Hadisə oktyabrın 28-də yerli vaxtla saat 12:00 radələrində ölkənin cənubundakı Kanelones departamentinin Quasuvira kurort şəhəri yaxınlığında baş verib.
Məlumata görə, təyyarələr havada təlim manevri yerinə yetirərkən toqquşublar.
Uruqvay Hərbi Hava Qüvvələrinin bildirdiyinə əsasən, toqquşmadan sonra təyyarələrdən biri qəza enişi edib, digəri isə meşəlik əraziyə düşərək qəzaya uğrayıb.
Qəzaya uğrayan təyyarənin 58 yaşlı pilotu hadisə yerində həyatını itirib. Onun Hərbi Hava Qüvvələrinin istefada olan zabiti olduğu bildirilir.
Digər təyyarənin pilotu isə xəsarət almayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 29 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















