Icma.az
close
up
RU
İkili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan tələbələrin məzun günü keçirilib

İkili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan tələbələrin məzun günü keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 10 iyul, AZƏRTAC

Türkiyənin İzmir şəhərində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti (EGE) arasında icra olunan ikili diplom proqramının ikinci məzun buraxılışı münasibətilə tədbir keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, ADAU-nun rektoru Zəfər Qurbanov, kənd təsərrüfatı nazirinin müşaviri Fərid Nəcəfov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, hər iki universitetin rəhbərliyi və nümayəndələri, ikili diplom proqramının rəhbər komitəsinin üzvləri, dövlət rəsmiləri, akademik heyət və tələbələr iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rəsmilər ADAU–EGE əməkdaşlığını Azərbaycan ilə Türkiyə arasında elm və təhsil sahəsində mövcud strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirib, ölkələrin aqrar təhsilinin inkişafında və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında bu proqramların mühüm rol oynadığını vurğulayıblar.

Bildirilib ki, bu il proqram çərçivəsində 4 ixtisas üzrə ümumilikdə 68 tələbə məzun olub. Ümumiyyətlə son iki ildə 97 nəfər ADAU–EGE ikili diplom proqramını uğurla başa vurub. Məzunların əksəriyyəti ali təhsillərini magistratura səviyyəsində davam etdirərək elmi və peşəkar biliklərini daha da dərinləşdiriblər.

Tədbir çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, yeni ixtisaslar üzrə ikili proqramların təşkili və gənc mütəxəssislərin beynəlxalq təcrübə imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb.

Tədbirdə çıxış edən natiqlər nəzəri biliklərin təcrübədə tətbiqinin vacibliyini vurğulayıb, tələbələrə uğurlar arzulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri