Türkiyənin Ege Universitetində təhsil alan ADAU tələbələri şəhidlərimizin xatirəsini anıblar
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə, 26 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Türkiyənin Ege Universitetində təhsillərini davam etdirən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ikili diplom proqramı tələbələri tərəfindən 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən tələbələr Vətənə bağlılığın, milli birlik və vətənpərvərliyin təcəssümü olan bu günün Azərbaycan xalqı üçün əhəmiyyətini qeyd edərək, xalqımızın haqq savaşının dünya ictimaiyyətində tanıdılmasının vacibliyini vurğulayıblar.
Həmçinin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri diqqətə çatdırılıb, şəhidlərin göstərdikləri fədakarlıq və igidliklərdən söhbət açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Sentyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















