Icma.az
close
up
RU
İkili Mesaj: Netanyahu İrandakı rejim və xalq arasında sərhəd çəkir

İkili Mesaj: Netanyahu İrandakı rejim və xalq arasında sərhəd çəkir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“12 günlük müharibədə İrandakı mövcud rejimin devrilməsi İsrailin məqsədi olmayıb, amma belə bir nəticə baş verə bilərdi”.

Bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

Baş nazirin sözlərinə görə, rejimin devrilməsi İran xalqından asılıdır:

“İran xalqı baş verənləri görür, əgər inqilab olacaqsa, bu, ölkənin öz daxilindən başlamalıdır. İstərdim ki, İran xalqı öz taleyini özü həll etsin. Onlar buna layiqdirlər, böyük və qədim bir xalqdırlar. Təxminən 2500 il əvvəl bizimlə İran xalqı arasında çox yaxşı münasibətlər olub”.

Siyasi şərhçi Fuad Şahbazov Sherg.az-a söyləyib ki, Netanyahu açıq şəkildə bildirir ki, İsrailin məqsədi İran rejimini devirmək olmayıb:

"Bu, həm beynəlxalq ictimaiyyətə, həm də bölgə ölkələrinə ünvanlanan bir mesajdır. Netanyahu bununla göstərməyə çalışır ki, İsrailin hərbi əməliyyatları yalnız təhlükəsizlik narahatlıqları ilə bağlıdır və ölkə rejim dəyişikliklərini təşviq edən aktor kimi çıxış etmək niyyətində deyil. Eyni zamanda, onun “rejimin devrilməsi İran xalqından asılıdır” fikri əslində çox aydın siyasi mesajdır. Netanyahunun müraciəti iki istiqamətli görünür: Burada İran xalqına rejimin xarici təhdidlərə səbəb olduğunu, ölkəni fəlakətə apardığını göstərmək və daxili narazılığı gücləndirmək cəhdi var. Həmçinin o beynəlxalq ictimaiyyətə bildirir ki, İran daxilində dəyişikliklər üçün əlverişli sosial-siyasi zəmin mövcuddur və bu, bölgədə sabitlik üçün vacib ola bilər. Netanyahunun “bizimlə İran xalqı arasında 2500 il əvvəl yaxşı münasibətlər olub” deməsi isə diplomatik simvolizm daşıyır. O, hazırkı rejimlə İran xalqını bir-birindən ayırır və bununla da Tehran hakimiyyətini legitimlik baxımından daha da təcrid etməyə çalışır".

Analitik qeyd edib ki, Netanyahu mesaj verir ki, İsrail İran rejimi ilə qarşıdurmadadır, lakin İran xalqını bu rejimlə eyniləşdirmir:

"O, həm psixoloji, həm də siyasi səviyyədə İran daxilində dəyişikliklərin mümkünlüyünü vurğulayır. Həmçinin İsrail Baş naziri bunun regional təhlükəsizlik baxımından arzuolunan nəticələr gətirə biləcəyini işarə edir"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri