Netanyahu İrandakı azərbaycanlılara müraciət etdi
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
“İran xalqının bütün təbəqələri – farslar, kürdlər, azərbaycanlılar, beluçlar və əhvazilər – zülm hökmranlığından qurtulub azad və sülhsevər İran yaratmağın vaxtı gəlib”.
Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Qardaşlarım və bacılarım, İsrail vətəndaşları, xatırladaq ki, İsrail və ABŞ yaxınlarda İranda terrorçu rejimdən gələn mövcudluq təhdidini aradan qaldırmaq üçün əməliyyata başlayıb. Biz böyük dostumuz, Prezident Donald Trampın tarixi liderliyinə təşəkkür edirik.
47 il ərzində ayətullah rejimi “İsrailə ölüm”, “Amerikaya ölüm” şüarını səsləndirib. O, qanımızı töküb, çoxsaylı amerikalıları öldürüb və öz xalqına zərbə vurub. Bu ölümcül terrorçu rejimə nüvə silahı əldə etməyə imkan vermək olmaz, çünki bu silah insanlığa qarşı təhdid yaradardı.
Bizim birgə fəaliyyətimiz cəsur İran xalqının öz taleyini əlinə almasına şərait yaradacaq. Mən sizə, İsrail vətəndaşlarına, Mülki Müdafiə Komandanlığının göstərişlərinə əməl etməyi tövsiyə edirəm. Gələn günlərdə “Aslan Qışqırığı” əməliyyatı zamanı hamımızdan səbir və daxili güc tələb olunacaq.
Birlikdə biz müqavimət göstərəcəyik, birlikdə döyüşəcəyik və birlikdə İsrailin əbədiliyini təmin edəcəyik,” – deyə İsrailin Baş naziri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 28 Fevral 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















