Icma.az
close
up
RU
“İkinci balta zərbəsindən sonra da dayanmadı” Ölümündən 4 gün əvvəl dedikləri...

“İkinci balta zərbəsindən sonra da dayanmadı” Ölümündən 4 gün əvvəl dedikləri...

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Füzulidə keçmiş arvadını qətlə yetirməkdə ittiham olunan 48 yaşlı yaşlı Elsevər Bağırovun məmkəmə araşdırması yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, yekunda Elsevərə ittiham olunduğu maddələrdən biri ilə cəza, digəri ilə bəraət verilib.

Bu cinayət hadisəsi ötən ilin payızında, Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən xəstəxananın həyətində baş verib. İstintaq materiallarında yazılır ki, Elsevər xəstəxananın Laboratoriya şöbəsində tibb bacısı çalışan keçmiş arvadı Dilbər Namazovanın iş yerinə gedib. Bu vaxt onunla Dilbər arasında mübahisə yaranıb. Kişi 8 yaşlı qızını onunla görüşdürməməsini bəhanə edərək əlindəki balta ilə Dilbərin baş nahiyəsindən iki dəfə vurub. Beyninə qan sızan sonuncu 4 gün sonra xəstəxanada ölüb.

Elsevərə əməlinə görə xuliqanlıq niyyəti ilə adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham verilib.

O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Dilbərlə 12 il evli olublar, 2018-ci ildə boşanıblar. Birgə nikahdan 18 yaşlı oğlanları, 16 yaşlı qızları var. Hazırda uşaqlar ikisi də xalası ilə birgə yaşayır. Elsevər deyib ki, boşansalar belə keçmiş həyat yoldaşının bəzi hərəkətləri, xüsusilə iş yoldaşları ilə səmimi münasibəti onu narahat edib. Keçmiş qaynı və qayınanasının qızı ilə görüşməsinə əngəl olması da münasibətləri kəskinləşdirib: “Qızımla görüşməyimə imkan vermirdilər. Bir neçə dəfə elə bu məsələyə görə mübahisələrimiz yaranıb. Bunlara baxmayaraq, Dilbəri öldürmək niyyətim olmayıb. Hadisə günü baltanı çayxanada işlətməyə almışdım. Həmin gün əsəbi olduğum üçün təsadüfən xəstəxanaya balta ilə getmişdim. Düzdür, Dilbərə 1-2 zərbə ilə yüngül xəsarət yetirmişəm. Amma onun bu xəsarətlərdən deyil, başqa səbəbdən öldüyünü düşünürəm”.

Hadisədən sonrakı 4 gündə müstəntiq xəstəxanada müalicə alan Dilbəri də dindirə bilib. Mərhum deyib ki, Elsevər hadisədən bir gün əvvəl də xəstəxanaya gəlib, onu öldürəcəyini bildirib: “Əvvəllər də məni ölümlə hədələyirdi. Baltanı da elə məqsədinə nail olmaq üçün xəstəxanaya gətirmişdi. Ona görə ikinci zərbədən sonra da dayanmaq istəmirdi. İş yoldaşlarım mane olmasaydı, məni yerindəcə öldürəcəkdi”.

Dilbərin qardaşı da daha əvvəl Elsevərin onu və övladını öldürəcəyi barədə xəbər aldığını deyib. Onun sözlərinə görə, həmin gün kəndə gəlməyə çalışarkən bacısının baltalanması xəbərini alıb.

Təqsirləndirilən şəxsin azyaşlı qızı hakim qarşında həssas ifadə verib, atasının hərəkətlərindən gileylənib: “Anam atamın əlindən elə cana yığılmışdı ki, hər dəfə aliment ödəməməsini, sadəcə həyatımızdan çıxmasını istəyirdi. Atam heç vaxt mənim təlim-tərbiyəmdə iştirak etməyib. Əksinə bizi narahat edirdi. Hətta bir neçə dəfə oxuduğum məktəbə gəlib sinif yoldaşlarımın yanında məni utandırmışdı. Buna görə son vaxtlar qorxumdan məktəbə də getmirdim. Anam son günlərdə xəstəxanada qaldı, amma mən onu görə bilmədim. Həkimlər demişdilər ki, anam yaxın adamları görəndə həyəcanlanır”.

Məhkəmədə dindirilən digər şahidlər də ittihama uyğun ifadələr veriblər. Mərhumun ailəsi Elsevərin qanunla cəzalandırılmasını və vurulan maddi-mənəvi zərərin ödənilməsini tələb edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Ayşən Vəliyevanın hökmü ilə Elsevər Bağırov xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. 221-ci (xuliqanlıq) maddəsi üzrə ona bəraət verilib.

Bundan əlavə, müttəhim cinayət nəticəsində dəymiş maddi ziyana görə keçmiş həyat yoldaşının ailəsinə 10 min manat (dəfn, məzar daşı xərcləri və s.), mənəvi zərərə görə isə 20 min manat ödəməlidir. Elsevərlə Dilbərin hökmə qədən xalasının yanında qalan yetkinlik yaşına çatmayan qızının himayədarlığı məsələsi isə Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına həvalə olunub.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Avqust 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri