Icma.az
close
up
RU
Qətlə yetirilən qadının 4 gün əvvəl dedikləri: İkinci balta zərbəsindən sonra...

Qətlə yetirilən qadının 4 gün əvvəl dedikləri: İkinci balta zərbəsindən sonra...

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Füzulidə keçmiş arvadını qətlə yetirməkdə ittiham olunan 48 yaşlı Elsevər Bağırovun məhkəmə araşdırması yekunlaşıb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yekunda Elsevərə ittiham olunduğu maddələrdən biri ilə cəza, digəri ilə bəraət verilib.

Bu cinayət hadisəsi ötən ilin payızında, Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən xəstəxananın həyətində baş verib. İstintaq materiallarında yazılır ki, Elsevər xəstəxananın Laboratoriya şöbəsində tibb bacısı çalışan keçmiş arvadı Dilbər Namazovanın iş yerinə gedib. Bu vaxt onunla Dilbər arasında mübahisə yaranıb. Kişi 8 yaşlı qızını onunla görüşdürməməsini bəhanə edərək əlindəki balta ilə Dilbərin baş nahiyəsindən iki dəfə vurub. Beyninə qan sızan sonuncu 4 gün sonra xəstəxanada ölüb.

Elsevərə əməlinə görə xuliqanlıq niyyəti ilə adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham verilib.

O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Dilbərlə 12 il evli olublar, 2018-ci ildə boşanıblar. Birgə nikahdan 18 yaşlı oğlanları, 16 yaşlı qızları var. Hazırda uşaqlar ikisi də xalası ilə birgə yaşayır. Elsevər deyib ki, boşansalar belə keçmiş həyat yoldaşının bəzi hərəkətləri, xüsusilə iş yoldaşları ilə səmimi münasibəti onu narahat edib. Keçmiş qaynı və qayınanasının qızı ilə görüşməsinə əngəl olması da münasibətləri kəskinləşdirib: "Qızımla görüşməyimə imkan vermirdilər. Bir neçə dəfə elə bu məsələyə görə mübahisələrimiz yaranıb. Bunlara baxmayaraq, Dilbəri öldürmək niyyətim olmayıb. Hadisə günü baltanı çayxanada işlətməyə almışdım. Həmin gün əsəbi olduğum üçün təsadüfən xəstəxanaya balta ilə getmişdim. Düzdür, Dilbərə 1-2 zərbə ilə yüngül xəsarət yetirmişəm. Amma onun bu xəsarətlərdən deyil, başqa səbəbdən öldüyünü düşünürəm".

Hadisədən sonrakı 4 gündə müstəntiq xəstəxanada müalicə alan Dilbəri də dindirə bilib. Mərhum deyib ki, Elsevər hadisədən bir gün əvvəl də xəstəxanaya gəlib, onu öldürəcəyini bildirib: "Əvvəllər də məni ölümlə hədələyirdi. Baltanı da elə məqsədinə nail olmaq üçün xəstəxanaya gətirmişdi. Ona görə ikinci zərbədən sonra da dayanmaq istəmirdi. İş yoldaşlarım mane olmasaydı, məni yerindəcə öldürəcəkdi".

Dilbərin qardaşı da daha əvvəl Elsevərin bacısını və övladını öldürəcəyi barədə xəbər aldığını deyib. Onun sözlərinə görə, həmin gün kəndə gəlməyə çalışarkən bacısının baltalandığını eşidib.

Təqsirləndirilən şəxsin azyaşlı qızı hakim qarşında həssas ifadə verib, atasının hərəkətlərindən gileylənib: "Anam atamın əlindən elə cana yığılmışdı ki, hər dəfə aliment ödəməməsini, sadəcə həyatımızdan çıxmasını istəyirdi. Atam heç vaxt mənim təlim-tərbiyəmdə iştirak etməyib. Əksinə bizi narahat edirdi. Hətta bir neçə dəfə oxuduğum məktəbə gəlib sinif yoldaşlarımın yanında məni utandırmışdı. Buna görə son vaxtlar qorxumdan məktəbə də getmirdim. Anam son günlərdə xəstəxanada qaldı, amma mən onu görə bilmədim. Həkimlər demişdilər ki, anam yaxın adamları görəndə həyəcanlanır".

Məhkəmədə dindirilən digər şahidlər də ittihama uyğun ifadələr veriblər. Mərhumun ailəsi Elsevərin qanunla cəzalandırılmasını və vurulan maddi-mənəvi zərərin ödənilməsini tələb edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Ayşən Vəliyevanın hökmü ilə Elsevər Bağırov xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. 221-ci (xuliqanlıq) maddəsi üzrə ona bəraət verilib.

Bundan əlavə, müttəhim cinayət nəticəsində dəymiş maddi ziyana görə keçmiş həyat yoldaşının ailəsinə 10 min manat (dəfn, məzar daşı xərcləri və s.), mənəvi zərərə görə isə 20 min manat ödəməlidir. Elsevərlə Dilbərin hökmə qədər xalasının yanında qalan yetkinlik yaşına çatmayan qızının himayədarlığı məsələsi isə Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına həvalə olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Avqust 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri