Icma.az
close
up
RU
İkinci beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub

İkinci beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərbi Azərbaycan İcmasında (QAİ) dekabrın 5-6-da “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı noyabrın 28-də mətbuat konfransı təşkil olunub. SİA xəbər verir ki, tədbirdə müzakirə olunacaq mövzular barədə medianın suallarının cavablandırılması məqsədilə keçirilən mətbuat konfransında əvvəlcə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O, İcmanın fəaliyyət prinsiplərindən danışaraq bildirib ki, konfransın təşkili Qərbi Azərbaycana qayıdış məsələsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. İki yüz il boyunca müxtəlif vaxtlarda soydaşlarımızın etnik təmizləmələrə, soyqırımlara, deportasiyalara məruz qaldıqlarını xatırladan İcma sədri deyib ki, son deportasiya 1987-1991-ci illərdə həyata keçirilib. Min illər boyu Qərbi Azərbaycanda məskunlaşan soydaşlarımız ata-baba yurdlarından qovulublar. “Çox sevinirik ki, Qarabağ Zəfərindən sonra tarixi torpaqlarımız uğrunda mübarizə aparmaq məsələsi ön plana çıxarıldı. İlk dəfə olaraq Qərbi Azərbaycan məsələsini beynəlxalq aləmə çıxara bildik. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan məsələsinin hüquqi aspektlərini beynəlxalq müstəvidə müzakirə etmək üçün dekabrın 5-6-da qayıdış hüquq mövzusunda ikinci dəfə konfrans keçiriləcək”, – deyə o əlavə edib.

Konfransa 51-dən artıq dövlətdən 100-dən çox nümayəndənin qatılacağını söyləyən Ə.Ələkbərli bildirib ki, tədbir çərçivəsində beş panel təşkil olunacaq və hər paneldə beş məruzə dinləniləcək. Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq müstəvidə müzakirəsi mübarizəmizin yeni mərhələsini təşkil edəcək”.

Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Qaya Məmmədov çıxışında diqqətə çatdırıb ki, müxtəlif ölkələrin deputatlarının, siyasi xadimlərinin, alimlərinin, tarixçilərinin qatılacaqlar bu konfransın təşkili Azərbaycanı qayıdış hüququ mövzusunda beynəlxalq miqyasda tanınmış mərkəzlərdən birinə çevirir.

O deyib ki, QAİ bu tədbirləri keçirməklə qayıdış hüququ mövzusunu beynəlxalq miqyasda təbliğ edir. “Dünyada qaçqın və köçkünlərin sayı getdikcə artır. Bu problem köklü şəkildə həll edilməlidir. Onların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmaları təmin olunmalıdır. İcmanın bu mövzuda konfrans keçirməsi bir növ dünyaya çağırışdır”, - deyə Qaya Məmmədov vurğulayıb.

Sonra jurnalistlərin suallarını cavablandıran İcma sədri qeyd edib ki, Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqda aparılan monitorinqlər nəticəsində məlum olub ki, onlardan cəmi ikisi qalıb, 450-nin heç bir izi yoxdur. Eyni zamanda, 150-yə yaxın qəbiristanlığın, sadəcə, dağıntıları qalıb və onları bərpa etmək demək olar mümkünsüzdür.

Əziz Ələkbərli deyib ki, bu istiqamətdə işlər davam edir. Hazırda məscid və türbələrdə monitorinqlər aparılır.

Qeyd edək ki, Qərbi Azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququ üzərində fokuslanan tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir. Tədbirdə Qərbi Azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək. Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq. Xatırladaq ki, 5 dekabr Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Həmin günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Noyabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri